Müharibə ÇAĞIRIŞI: “Azərbaycan Ordusu regionun təhlükəsizliyi üçün...”
Bizi izləyin

Nida.az

Müharibə ÇAĞIRIŞI: “Azərbaycan Ordusu regionun təhlükəsizliyi üçün...”

“Bir neçə gün əvvəl Azərbaycanda Svilizasiyalar Alyansının VII Konfrabsının keçirilməsi Azərbaycanı bir daha sülhsevər ölkə olaraq tanıdıb”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı millət vəkili Fəzail Ağamalı bildirib.

Deputat deyib ki, Azərbaycan Prezidentinin apardığı bu xətt həm də ölkənin nüfuzunu və imicini gücləndirir: “Bunu dünya görür. Həm də görür ki, işğalı davam etdirən psixopat Sarkisiyan və erməni cəmiyyəti var”.

F.Ağamalı qeyd edib ki, ermənilərin Azərbaycanın mülkü əhalisini, yaşayış məkanlarını hədəfə alır: “Bu beynəlxalq konvensiyalara zidd addımlardır. Hesab edirəm ki, Azərbaycan bununla bağlı beynəlxalq məhkəməyə üz tutmalı, Ermənistana ultimatum verməlidir. Əgər bunun nəticəsi olmayacaqsa, Azərbaycan Ordusu regionun təhlükəsizliyini təmin etmək üçün addımlar atmalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm