Dünya
İranda seçki zamanı silahlı atışma: 4 nəfər yaralanıb
İranın cənubunda, Fars əyalətinin Mamasani bölgəsində parlamentə keçirilən seçkilərin II turunda mühafizəkarların tərəfdarları ilə islahatçıların nümayəndələri arasında atışma nəticəsində 4 nəfər yaralanıb.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bunu İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari bildirib.
Onun sözlərinə görə, atışma deputatlığa namizədlərin tərəfdarlarının "rəqabəti"nin nəticəsidir.
Nazir müavini qeyd edib ki, bölgədə təhlükəsizlik rejimi tətbiq olunub və günahkarlar axtarılır.
Qeyd edək ki, İran İslam Şura Məclisinə seçkilərin ikinci turu keçirilir. Ölkənin 21 əyalətində 55 dairə üzrə 69 yerə 136 nəfər namizədliyini irəli sürüb. Onların 53-ü mühafizəkar, 38-i islahatçı xətt tərəfdarı, 45-i isə müstəqil namizəd sayılır.
İranda parlament seçkilərinin birinci turu bu il fevralın 26-da keçirilib. Həmin tarixdə parlamentdəki 290 yerə 221 deputat seçilə bilib. Onların 46 faizi mühafizəkar, 37,5 faizi islahatçı, 16,5 faizi isə bitərəf sayılır.
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO