İdman
Bakıda “Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirilib
Mayın 6-da Heydər Əliyev adına İdman Sarayında cüdo üzrə “Böyük dəbilqə” turnirinin açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov son illər dünyada idman ölkəsi kimi tanınan Azərbaycanın mötəbər yarışlara və tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib. Nazir dövlətimizin başçısı İlham Əliyevin idmana, idmançılara göstərdiyi qayğının böyük uğurlara təkan verdiyini vurğulayıb və buna görə Azərbaycan Prezidentinə idmançılar adından minnətdarlığını bildirib.
Azərbaycanın ötən il birinci Avropa Oyunlarına, hazırda 17 yaşadək futbolçular arasında Avropa çempionatına, “Tour d`Azerbaidjan” velosiped turnirinə və “Böyük dəbilqə” cüdo turnirinə ev sahibliyi etdiyini A.Rəhimov gələn ay Bakıda “Formula-1” Avropa Qran-prisinin, sentyabrda Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyini diqqətə çatdırıb.
Beynəlxalq Cüdo Federasiyasının nümayəndəsi Nasir Əl Xamimi Bakıda keçirilən “Böyük dəbilqə” turnirində iştirakdan məmnunluğunu vurğulayıb.
Rəsmi hissənin sonunda Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Böyük dəbilqə” turnirini açıq elan edib.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib və konsert proqramı təqdim edilib.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO