Dünya
Dünya Humanitar Sammiti başa çatdı - FOTO
Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Humanitar Sammiti mayın 24-də başa çatıb.
Sammitdə dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırışlar edilib.
Mütəxəssislər hesab edirlər ki, Dünya Humanitar Sammiti böhranların qarşısını almaq üçün hazırlığın təmin edilməsində dönüş mərhələsi olacaq və beynəlxalq birliyin insan iztirablarına son qoyulmasına yanaşma tərzini dəyişəcək.
Dünyanın aparıcı KİV-ləri Sammitin gedişini işıqlandırıb, həmçinin çoxsaylı reportajlar və mütəxəssis rəyləri yayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun mayın 24-də Sammitin nəticələri ilə bağlı birgə mətbuat konfransı keçiriblər. Diqqətə çatdırılıb ki, BMT-nin üzvü olan ölkələrdən 65 dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, özəl sektorun, aparıcı KİV-lərin nümayəndələri və QHT təmsilçiləri ilə birlikdə ümumilikdə 10 min nəfərin iştirak etdiyi Sammitdə münaqişələrin yaratdığı problemlərlə bağlı dünya ictimaiyyətinə önəmli mesajlar verilib.
Qeyd edilib ki, münaqişələrin yaratdığı böhran o həddədir ki, beynəlxalq ictimaiyyət yaranan problemlərin həllində özünü kənara çəkmək iqtidarında deyil. Həmçinin mövcud münaqişələrin həlli, yeni qarşıdurmalara yol verməmək dünya ictimaiyyətinin əsas problemi kimi diqqətə çatdırılıb. Bildirilib ki, haqqında bəhs olunan problemlərin həlli üçün yolların axtarılması davam etdiriləcək.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO