İdman
“Qarabağ”ın Çempionlar Liqasındakı bütün potensial RƏQİBLƏRİ
Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.
Publika.az xəbər verir ki, Azərbaycan çempionu iyunun 20-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmada 21 mümkün rəqiblə düşə bilər.
Bu, “Şerif”in Moldova çempionu olmasından sonra dəqiqləşib. Tiraspollular ilk iki mərhələdə yarışa başlayan çempionlar arasında bunu rəsmiləşdirən sonuncu komanda olub. Bununla da iyunun 20-də keçiriləcək Çempionlar Liqasının ilk iki təsnifat mərhələsinin püşkünə qatılacaq 39 komandanın tam siyahısı müəyyənləşib. Onlardan 10-u 1-ci raundda 5 cüt təşkil edəcək.
II təsnifat mərhələsinin püşkünə isə 29 klub və 5 cütlük qatılacaq. Bu “34-lük” indidən 2 səbətə bölünüb. Səpələnmişlər arasında yer alan 17 klubdan biri “Qarabağ”dır.
Ağdam təmsilçisi səpələnməmişlərdən biri ilə görüşəcək. Burada 12 klub və 5 cütlük yer alıb. Bunlardan biri – Ermənistan çempionunun yer aldığı cüt təmsilçimizlə görüşə bilməz. I təsnifat mərhələsinin 9 komandası və yarışa 2-ci raunddan başlayacaq 12 klub 21 potensial rəqibimizi təşkil edir. Amma artıq püşk zamanı – 5 cütlük müəyyənləşəndən sonra mümkün rəqiblərin sayı 20-yə enəcək. Çünki artıq 1 komanda deyil, 1 cütlük bu siyahını tərk edəcək.
Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
Səpələnmişlər: TNS (Uels), “Flora” (Estoniya), “Valletta” (Malta), “Santa Koloma” (Andorra), “Torshavn” (Farer adaları).
Səpələnməmişlər: “Linkoln” (Cəbəllütariq), “Alaskert” (Ermənistan), “Liepaya” (Latviya), “Feronikeli” (Kosovo), “Tre Penne” (San-Marino).
2-ci təsnifat mərhələsi
Səpələnmişlər: “Zalsburq” (Avstriya), “Seltik” (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), “Legiya” (Polşa), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ludoqorets” (Bolqarıstan), “Kopenhagen” (Danimarka), “Qarabağ” (Azərbaycan), “Rusenborq” (Norveç), “Astana” (Qazaxıstan), “Skenderbeu” (Albaniya), “Srvena Zvezda” (Serbiya), “Dinamo” (Tiflis, Gürcüstan), “Hafnarfyordur” (İslandiya), “Trençin” (Slovakiya), “Şerif” (Moldova).
Səpələnməmişlər: “Olimpiya” (Sloveniya), “Düdelanj” (Lüksemburq), “Ferensvaroş” (Macarıstan), “Vardar” (Makedoniya), “Dandalk” (İrlandiya), SJK (Finlandiya), “Norçepinq” (İsveç), “Kruzeyders” (Şimali İrlandiya), “Zrinski” (Bosniya və Herseqovina), “Mladost” (Monteneqro), “Jalgiris” (Litva), “Hapoel” (Beyer-Şeva, İsrail), I təsnifat mərhələsinin 5 cütü. (Apasport)
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq