Azərbaycanda qadınlar bu kişiyə HÜCUM ETDİ - VİDEO
Bizi izləyin

Magazin1

Azərbaycanda qadınlar bu kişiyə HÜCUM ETDİ - VİDEO

Son vaxtlar maraqlı rolikləri ilə sosial şəbəkələri bir-birinə vuran aktyor Taler Yüzbəyov növbəti videoçarxına görə qadınların hücumuna məruz qalıb.

Belə ki, aktyor “Evli kişilərin dramı” adlı rolikini sosial şəbəkədə paylaşan anda ailəli xanımlar virtual aləmdə onu “topa tutublar”.

Publika.az-a açıqlama verən T.Yüzbəyov onu ittiham edən qadınları anlamadığını deyib: “Evli kişilərin dramı”nda həmcinslərimin həyat hekayəsini anlatdım. Əslində mənim çəkdiyim bütün roliklər zarafatlarımdan ibarətdir, bu da növbəti bir zarafat idi. Amma xanımlar bu zarafatı anlamadılar. Mənə hücuma keçdilər, ünvanıma kəskin fikirlər yazdılar. Dedilər ki, əgər ailə həyatı belə dəhşətli idisə, niyə özün evlənirdin? Yolda görsəydilər, bəlkə də məni öldürərdilər. Əslində mən reallığı əks etdirirdim. Həyatda da var belə kişilər: evli ola-ola evə gec gəlir, gözü başqa xanımlarda qalır, məşuqə saxlayır və s… Sadəcə olaraq biz nədənsə reallığı qəbul etmək, acı həqiqətlə barışmaq istəmirik”.

Aktyor həmin rolikin izləyici sayının 93 mini ötdüyünü də bildirib. Onu acılayan qadınlara gəlincə, Taleh onlara əhəmiyyət vermədiyini bildirib: “Məndə vaxt hardaydı, onları cavablandırım. Sadəcə belə şeylərə əhəmiyyət vermirəm”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm