Abdulla Qurbanov və Yusif Axundzadə təltif olundu
Bizi izləyin

Nida.az

Abdulla Qurbanov və Yusif Axundzadə təltif olundu

Prezident İlham Əliyev Abdulla Qurbanova və Yusif Axundzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncamlar imzalayıb.

Publika.az-ın xəbərinə görə, sərəncamda qeyd olunur ki, Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin inkişafında və təbliğində xidmətlərinə görə Abdulla Novruz oğlu Qurbanova və Yusif Yevgeniyeviç Axundzadəyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm