Magazin1
Həmkarları gizli eşq yaşayan şairi topa tutdu: “Əri bilsə, başını kəsər” - BİABIRÇILIQ
Ərli qadınla sevgili olan şair Yavəs Türksəsin sosial şəbəkədə paylaşdığı statuslar şairin həmkarlarını qəzəbləndirib.
Publika.az-a açıqlama verən həmkarları onu “yıxıb-sürüyüblər”.
Şair Anar Vəziroğlu bunu “biabırçılıq” adlandırıb: “Bizim milli, dini dəyərlərimiz var, azərbaycanlıyıq. Get, qıraqda beş arvad saxla, bunun kimə nə dəxli var, amma açıq-aşkar şəkildə bunu elan edib özünü öymək lazım deyil. Heç olmasa elə et ki, bunu qonşun, qohumun, qardaşın, ailən, uşağın bilməsin. Bu, ən azı övladlarına, həyat yoldaşına hörmətsizlikdir. Hesab edirəm ki, bu biabırçılıqdır. Tək o xanım deyil e, istənilən qadına aiddir, əri bilsə, başını kəsər”.
Şair Pünhan İsmayıl evli kişinin ailəli qadınla eşq yaşamasının düzgün olmadığını deyib: “Yafəs bir dəfə də efirə çıxıb bunu camaata elan eləmişdi ki, ailəli qadınla sevgiliyəm. Söz yox ki, şairlər sevgilərə tez-tez tuş gəlirlər. Eşitdiyimə görə o qadının əri bu sevdadan xəbərdar idi, hətta gərginlik də yaşanmışdı. Sən get xalqın arvadına sev, hələ üstəlik sosial şəbəkədə bunu camaata bəyan elə, vallah adam utanar belə şeydən. Bəs abır-həya, mentalitetimiz? Bu, çox pis örnəkdir, cavanlar ondan yaxşı nə götürəcək? Fikirləşəcəklər ki, elə arvadı evdə qoyum, gedim kiminsə xanımı ilə eşqbazlıq edim. Mən qəti şəkildə belə eşqbazlığın əleyhinəyəm”.
Şair Aydın Xan Əbilov fikrini klassik misra ilə əsaslandırdı: “Aldanma şair sözünə, əlbəttə yalandır. Zaman-zaman belə sevgilər gizlin saxlanılıb, çünki Azərbaycan Şərq ölkəsidir, milli dəyərlərimiz var. Əslində sevgi bir dəlilikdir. Amma evli kişi ilə ailəli qadının sevgili olması qəbuledilməzdir. Bunu sosial şəbəkədə ya efirdə elan etmək düzgün deyil. Qadın kimisə sevirsə, ərindən ayrılsın. Ümumiyyətlə, hər iki tərəf evlidirsə, boşansınlar gedib birgə yaşasınlar. Yoxsa ki, birinin arvadı var, o birinin əri. Olmaz belə”.
Asya
http://publika.az/p/140849
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR