Yevlaxda yanğın
Bizi izləyin

Hadisə

Yevlaxda yanğın

Yevlaxda yanğın hadisəsi qeydə alınıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Nemətabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 260 kv.m olan tövlədə baş verib.

Nəticədə tövlənin qamışdan ibarət tavanı 180 kv.m sahədə və tövləyə bitişik yığılmış 15 ton ot bağlamasının 5 tonu yanıb. Yanğın zamanı tövlədə olan 5 baş xırda buynuzlu, 1 baş iri buynuzlu heyvan tüstüdən boğularaq tələf olub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm