Ağcabədidə DƏHŞƏT: kişi arvadı, qaynanası və qayınatasını güllələdi, sonra da intihar etdi
Bizi izləyin

Hadisə

Ağcabədidə DƏHŞƏT: kişi arvadı, qaynanası və qayınatasını güllələdi, sonra da intihar etdi

Ağcabədidə Xocavənd sakini ailə münaqişəsi zəminində ov tüfəngi ilə arvadı Ayfan Səfərova, qaynanası Nazilə Səfərova və qayınatası Ənvər Səfərovu güllələyərək qətlə yetirib.

Publika.az xəbər verir ki, APA-nın Qarabağ bürosunun məlumatına görə, Quliyev Ələsgər Əşrəf oğlu hadisəni törətdikdən sonra qəbiristanlıq yaxınlığında intihar edib.

Şahidlərin sözlərinə görə, hadisəni törədən şəxs ərazidən qaçmağa çalışıb, lakin, ərazinin Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən mühasirəyə alındığını görərək, özünə atəş açaraq intihar edib.

Hadisə Quliyev Ələsgər Əşrəf oğlunun qayınatasının evində baş verib.

Mərhumlar Ağdam rayonu Mərzili kənd sakinləridir. Ağcabədi rayon ərazisində məskunlaşıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm