İstanbul terrorunun qurbanları Bakıda anılır – FOTO
Bizi izləyin

Nida.az

İstanbul terrorunun qurbanları Bakıda anılır – FOTO

İstanbulun Atatürk hava limanında törədilən qanlı terror aktı nəticəsində həlak olan insanların xatirəsi bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin binası önündə anılıb.

Publika.az xəbər verir ki, çoxlu sayda insan Türkiyənin Bakıdakı səfirliyinin binası qarşısında toplaşaraq qardaş ölkə xalqının dərdinə şərik olub, ölənlərin xatirəsinə ehtiramlarını bildirib.

Bakının Nəsimi rayonu ərazisində yerləşən Atatürk parkından başlayan aksiyanın iştirakçıları səfirliyin binasının önünə yürüş edib, həlak olanların xatirəsinə hörmət əlaməti olaraq burada qərənfillər düzüb, əklillər qoyublar.

Əllərində Azərbaycanın və Türkiyənin bayraqlarını tutan insanlar hadisədən kədərləndiklərini bildirib, terroru lənətləyib, ölkələrimizin dostluq və qardaşlıq münasibətlərinə dair şüarlar səsləndiriblər. Tədbir iştirakçıları terrorla mübarizədə Azərbaycanın hər zaman Türkiyə xalqının və dövlətinin yanında olduğunu qeyd ediblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm