Türkiyədə kamikadze təslim oldu, daha 2-si axtarılır
Bizi izləyin

Dünya

Türkiyədə kamikadze təslim oldu, daha 2-si axtarılır

Türkiyənin Hatay vilayətində kamikadze olduğu deyilən PKK terrorçusu xüsusi xidmət orqanlarına könüllü təslim olub.

Publika.az xarici mediaya istindən xəbər verir ki, təslim olan PKK terrorçusunun kamikadze olduğunu dəqiqləşib.

Terrorçu Türkiyə xüsusi xidmət orqanlarına məlumat verib ki, sözügedən bölgədə ondan başqa 2 nəfər də kamikadze terrorçu yerləşdirilib.

Bu məlumatdan dərhal sonra Türkiyənin polis və hərbi qüvvələri bölgədə geniş axtarış əməliyyat tədbirlərinə başlayıb.

Hazırda həmin 2 kamikadzenin axtarış işləri davam etdirilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm