İslandiya Avropa çempionu olsa... – İNANILMAZ MƏRC
Bizi izləyin

İdman

İslandiya Avropa çempionu olsa... – İNANILMAZ MƏRC

Fransız üzgüçü Yannik Aqnel Avropa çempionatında uğurlu çıxış edən İslandiya üçün mərc edib.

Publika.az xəbər verir ki, idmançı İslandiyanın Avropa çempionu olacağı təqdirdə bu ölkəni üzərək fəth edəcəyinə söz verib.

24 yaşlı Olimpiya mükafatçısı deyib ki, İslandiya çempion olsa, adanın ətrafında üzərək dövrə vuracaq. Bu iddianı Aqnel sosial şəbəkə vasitəsiylə paylaşıb.

İslandiya millisinin baş məşqçisi Heymir Halqrimsson mövzuyla bağlı açıqlama verərək “Məncə axmaq fikirdir, ancaq qalib gəlsək, doğru günü seçməlidir” deyib.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm