“Space”dəki “qara qız” işdən çıxarıldı - VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

“Space”dəki “qara qız” işdən çıxarıldı - VİDEO (YENİLƏNİB)

“Space” televiziya kanalında hava proqnozunu təqdim edən qaradərili xanım işdən uzaqlaşdırılıb.

Bu barədə AzNews.az-a “Space” telekanalından məlumat verilib. Bildirilib ki, Tendai Shereni artıq televiziyada çalışmır.

Qeyd edək ki, “Azərbaycan” qəzeti “Space” televiziya kanalında hava proqnozunu qaradərili qadının təqdim etməsi barədə məqalə dərc edib. “Afrikadan gəlmiş “Azərbaycan gözəli”” adlı məqalədə kanal bu seçiminə görə tənqid olunub.

***

2016-07-19 13:41

Dünən "Space" kanalında hava proqramını əcnəbi qadın aparıb.

Publika.az qafqazinfo.az-a istinadən xəbər verir ki, sözügedən görüntülər sosial şəbəkələrdə marağa səbəb olub. Tendai Shereni Azərbaycan dilində tamaşaçıları havanın durumu ilə tanış edib.

Hətta bəziləri aparıcının danışığından, ləhcəsindən şoka düşdüyünü yazıb.

Həmin görüntüləri təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm