İrəvanda silahlı dəstə polis avtobusunu yandırıb
Bizi izləyin

Dünya

İrəvanda silahlı dəstə polis avtobusunu yandırıb

İrəvanda post-patrul xidməti alayının binasını ələ keçirən silahlı dəstə bazar ertəsi xidməti polis avtobusunu yandırıb.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, silahlı dəstə PPX alayı ərazisində "Chevrolet" markalı xidməti polis avtobusunu yandırıb. Ötən gün axşam isə, dəstə üzvləri polis "Qazel" markalı mikroavtobusa od vurub. Bundan başqa onlar avtomobil təkərlərinin içinə patron doldurararq küçədə tonqal qalyıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm