Böhrandan sonra türkiyəli nazirlər ilk dəfə Moskvaya gedir
Bizi izləyin

Dünya

Böhrandan sonra türkiyəli nazirlər ilk dəfə Moskvaya gedir

Türkiyənin baş nazirinin müavini Nurettin Caniklinin rəhbərlik etdiyi nümayəndə heyəti xüsusi təyyarə ilə bu axşam Rusiyaya səfərə gedəcək.

Publika.az xarici mediaya istindən xəbər verir ki, sözügedən səfər Rusiya ilə Türkiyə arasında yaranmış təyyarə böhranından sonra ilk rəsmi səfər olacaq.

Baş nazirin müavi Nurettin Caniklinin rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibinə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci, Nəqliyyat, Dənizçilik, Rabitə, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirliklərindən də rəsmi şəxslər qatılacaq.

Səfər zamanı Türkiyə nümayəndə heyəti ilə Rusiyanın baş naziri Dmitri Medvedev arasında rəsmi görüşlərin keçirilməsi gözlənilir. Bundan əlavə, Türkiyə nümayəndə heyəti Moskvada Rusiyanın baş nazirinin müavini Arkadiy Dvorkoviç, iqtisadi inkişaf naziri Aleksey Ulyukayev və energetika naziri Aleksandr Novakla görüşəcəklər.

Görüşlərdə ikitərəfli əməkdaşlıq və yeni birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Türkiyədə baş verən 15 iyul hadisələrinə görə nəzərdə tutulan bir çox səfərlər təxirə salınsa da, ancaq Rusiyaya ediləcək bu səfər ləğv edilməyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm