Nida.az
Əli Əhmədov müxalifəti sərt tənqid etdi
"Əgər müxalifət başqa cür davransaydı, bu məni təəccübləndirərdi. Təcrübəmdən məlumdur ki, Azərbaycan müxalifətinin bir çox təmsilçiləri müxalifətçiliyi iqtidarın istənilən təşəbbüsünə qarşı çıxmaq kimi başa düşür".
Publika.az xəbər verir ki, bu barədə Baş nazirin
müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra
katibi Əli Əhmədov "Azərbaycan" qəzetinə müsahibəsində Konstitusiya
dəyişikliyi ilə bağlı müxalifət düşərgəsində neqativ fikirlərin
səslənməsini şərh edərkən deyib.
Onun sözlərinə görə, iqtidarın dilindən çıxan ən adi həqiqətin müxalifət tərəfindən yalanlanması cəhdlərinə cəmiyyətimiz adət edib: "Ona görə də belə davranış norması seçmiş müxalifət təmsilçilərinin "tənqidləri" cəmiyyət tərəfindən, yumşaq şəkildə desək, soyuq qarşılanır.
Konstitusiyaya dəyişikliklər təklif etmək, referendum təyin
etmək Konstitusiya ilə Azərbaycan Respublikasının Prezidentinə
verilmiş səlahiyyətdir. Dünyanın hər bir yerində olduğu kimi,
Prezident yetişmiş ehtiyaclara uyğun olaraq zəruri dəyişikliklər
paketini cəmiyyətə təqdim edir. Təbii ki, bu zaman o, cəmiyyətin
çoxluğunun və özünün düzgün saydığı dəyişikliklər konsepsiyasını
hazırlayır. Hər kəs etiraf etmək zorundadır ki, bu onun müstəsna
səlahiyyətidir. Hakim rolunda isə xalq çıxış edir. Prezidentin
təklifləri xalq tərəfindən səs çoxluğu qazandıqdan sonra
konstitusion normaya çevrilir. Bu mənada, ayrı-ayrı
müxalifətçilərin təklif olunan dəyişikliklərə rəng verməyə
çalışması ən azından, başa düşülən deyil".
Ə.Əhmədov vurğulayıb ki, bir sıra müxalifət nümayəndələrindən
fərqli olaraq cəmiyyətin böyük kəsimi bu dəyişiklikləri anlaşma ilə
qarşılayır.
"Prezident İlham Əliyevə cəmiyyətimizdə böyük inamın olduğu sirr deyil. Bu inam onun irəli sürdüyü konstitusiya dəyişiklikləri təklifinə insanlarımızın düzgün yanaşmasının əsasında dayanır. Əminəm ki, nəzərdə tutulan referendum növbəti dəfə İlham Əliyevə ümumxalq inamının nümayişinə çevriləcək", - deyə o bildirib.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO