Qırmızı.az
Şamaxıda şagirdi ilə əlaqədə olan müəllim onunla evlənəsi oldu
Bir müddət əvvəl gündəmi zəbt edən Şamaxıda müəllim-şagird izdivacı məsələsi müsbət həllini tapmaqdadır.
Bu haqda Modern.az saytına kəndin Ağsaqqallar Şurasının sədri Hacı Neman Əfəndiyev bildirib.
O, mətbuata müraciət edərək bu məsələni qabartmamağı xahiş edib: “Biz-kəndin ağsaqqalları, həmçinin qonşu kəndlərin ağsaqqalları danışıb razılığa gəlmişik. Bu işi yoluna qoymaq üzrəyik. Ailələr barışıb, Elnurun da azadlığa çıxmasına çalışırıq. Xahiş edirik ki, bu məsələdə diqqətli olasınız, ailələrin işinə qarışmayın. Bu nifaqın uzanması heç kimin xeyrinə deyil”.
Qeyd edək ki, Şamaxı rayonunun Pirbəhli kəndində yetkinlik yaşına çatmayan məktəbli qızın müəllimi tərəfindən zorla cinsi əlaqəyə məcbur edilməsi və hamilə qalması günlərlə müzakirə olundu. Ailələr bir-birilərinə qarşılıqlı ittihamlar irəli sürdülər.
Müəllim E.İbrahimovun atası hadisədən sonra oğlunun həmin qıza əl belə vurmadığını demişdi. Araşdırmalar zamanı bəlli oldu ki, Şamaxı rayon məhkəmə tibb eksperti Məmməd Abdulrahibovun 7 aylıq hamilə olan qıza bakirəliyi haqda rəy verib.
Hadisə ilə bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırma gedir. Hadisədə adı hallanan müəllim Elnur İbrahimov ailəlidir, 2 övladı var. Rüsvayçı olaydan sonra onunla həyat yoldaşı arasında narazılıq yaranıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR