8 yaşlı qızın ölümünə səbəb olan sürücü tutuldu
Bizi izləyin

Hadisə

8 yaşlı qızın ölümünə səbəb olan sürücü tutuldu

Qax şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, avqustun 21-də saat 23:00 radələrində Qax rayonunun Əmircan kənd sakini Mehman Muxtarov idarə etdiyi “VAZ-2107” markalı, 34 BD 580 dövlət nömrə nişanlı avtomobillə şəhərin M. F. Axundov küçəsində hərəkətdə olarkən yolu keçmək istəyən 2008-ci il təvəllüdlü Banuçiçək Fətəlizadəni vurub. Nəticədə 8 yaşlı piyada aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı Qax rayon Polis Şöbəsinin istintaq qrupunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M. Muxtarov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm