“Mehmetcik” irəliləyir - Cerablus İŞİD-dən təmizləndi - VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Dünya

“Mehmetcik” irəliləyir - Cerablus İŞİD-dən təmizləndi - VİDEO (YENİLƏNİB)

Azad Suriya Ordusu Türkiyə ilə sərhəddə yerləşən Cerablus şəhərini İŞİD terrorçulardan tmamilə azad edib.

Publika.az xəbər verir ki, döyüşlər zamanı Türkiyə Silahlı Qüvvələri itki verməyib. Azad Suriya Ordusu döyüşçülərindən bir nəfər həlak olub.

***

Suriyanın Türkiyə sərhədi yaxınlığında olan İŞİD terror qruplaşmasının nəzarətindəki Cerablus rayon mərkəzi Azad Suriya Ordusunun nəzarətinə keçib.

Publika.az-ın "Anadolu"ya istinadən verdiyi məlumata görə, hücum zamanı Türkiyə Silahlı Qüvvələrindən canlı itki qeydə alınmasa da, atışmalarda Azad Suriya Ordusunun 1 əsgəri həlak olub.

Türkiyə Silahlı Qüvvələri Suriyanın Cerablus şəhərinin girişinə çatıb.

Hazırda Türkiyə Silahlı Qüvvələri İŞİD-in mövqelərini atəşə tutur.

***

Azad Suriya Ordusu Türkiyə ordusunun dəstəyi ilə Cerablus şəhərinin yaxınlığında yerləşən 4 kəndi İŞİD terror qruplaşmasından alıb. Bunlar Keklice, Tel Şair, Elvaniyə ve Güğüncük kəndləridir.

Bundan başqa Azad Suriya Ordusu Çobanbəy qəsəbəsinə bayraq dikib.

Əməliyyatın gedişatında İŞİD-in 46 döyüşçüsü öldürülüb.

***

Suriyanın Hələb vilayətinin Cerablus bölgəsinin İŞİD terror təşkilatından təmizlənməsi üçün aparılan əməliyyat çərçivəsində strateji əhəmiyyətli məntəqə azad edilib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Azad Suriya Ordusu Türkiyə sərhədinin 3 kilometrliyində yerləşən Keklicə kəndini İŞİD-dən təmizləyib.

Cerablus mahalın mərkəzindən təxminən 5 kilometr qərbdə yerləşən Keklicə kəndində yerləşən Azad Suriya Ordusu mahal mərkəzinə irəliləmək üçün kəndin ətrafında təhlükəsizliyi gücləndirir.

***

Türkiyə ordusunun Suriyada əməliyyata başlaması ilə İŞİD terror təşkilatının döyüşçüləri Cerablusdan qaçmağa başlayıb.

Publika.az xəbər verir ki, bu haqda CNN Türk kanalının canlı yayımına bağlanan və Cerablusda qohumlarının olduğunu bildirən bölgə vətəndaşları bildirb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinə bağlı F-16 qırıcıları və topçu birlikləri bu gün səhər Suriyanın Cerablus şəhərinin İŞİD-dən azad edilməsi üçün əməliyyata başlayıb. Son məlumatlara görə, Türkiyənin tank birlikləri Suriyaya daxil olub.

***

11:48

“Cerablusa çox yaxın nöqtədə yerləşən Çobanbey bölgəsi ələ keçirilib”.

Publika.az xəbər verir ki, bu haqda Şuriyanın Cerablus şəhərini İŞİD-dən azad etmək üçün Türkiyə ordusunun başladığı əməliyyatı qiymətləndirən təhlükəsizlik siyasəti üzrə mütəxəssisi Mete Yarar deyib.

O, quru əməliyyatının həqiqətən başladığını söyləyib.

“Quru əməliyyatının mərhələləri var. Əvvəl hədəflər vurulur və quru əməliyyatı üçün əlverişli şərait yaradılır. Daha sonra quru əməliyyatı başlanır. Hədəflər müəyyənləşdirilir, istehkam birlikləri minaları zərərsizləşdirir, ardınca tanklar girir. Hazırda bunu edirlər”, - o, bildirib.

Ömər Dağlı


ÖSO, Keklice Köyünü Ele Geçirdi, Çobanbey'e... by haberler

Oxumağa davam et
Reklam
Reklam

Gündəm