İdman
ƏN BAHALI 2-Cİ TÜRK FUTBOLÇU – Transfer baş tutacaqmı?
İngiltərə Premyer Liqasında ötən mövsümün gümüş mükafatçısı “Tottenhem” Türkiyə millisinin futbolçusuna elçi düşüb.
Publika.az Almaniyanın “Bild” nəşrinə istinadən xəbər verir ki, London klubu “Bayer”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə yaxından maraqlanır. Avropada transfer pəncərəsinin bağlanmasına təxminən bir həftə vaxt qaldığını nəzərə alsaq, tezliklə keçid baş tuta bilər.
2014-cü ildə 14,5 milyon avro qarşılığında futbolçunu heyətinə qatan “Bayer” onun satışından xeyir qazanmaq niyyətindədir və Hakanı 25 milyon avrodan aşağı məbləğə buraxmayacaq.
Çalhanoğlu Bundesliqada “Hamburq”un da formasını geyinib və bu klubda 64 oyuna 11 qolla yadda qalıb. Onun “Tottenhem”ə transferi baş tutsa, ən bahalı ikinci türkiyəli futbolçu olacaq. Hazırda ilk iki yer eyni futbolçuya məxsusdur. Belə ki, Arda Turan 13 milyon avroya “Atletiko”ya, 41 milyon avroya isə oradan “Barselona”ya transfer olunub.
Pərviz Hikmət
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR