Lahıcda şortla gəzmək olar - Nazirlikdən açıqlama
Bizi izləyin

Qırmızı.az

Lahıcda şortla gəzmək olar - Nazirlikdən açıqlama

İsmayıllının Lahıc qəsəbəsində turistlərin şortla gəzilməsi qadağan edilib.

Publika.az xəbər verir ki, sosial şəbəkədə yayılan fotoşəkildə qəsəbənin rəhbərliyi turistləri adət-ənənələrə riayət etməyə çağırmaqla yanaşı, qəsəbə ərazisində şortla gəzməyin qəti qadağan olunduğu barədə xəbərdarlıq edib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov Publika.az-a açıqlamasında həmin fotoşəkilin 2013-cü ildə yayıldığını dedi:

“O zaman hadisəyə müdaxilə edilib. Həmin vaxtdan bu günə kimi turistlərin Lahıcda ekskursiyalar təşkil etməsi və geyimlə bağlı heç bir qadağa, məhdudiyyət yoxdur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm