Van Damm Zabit Səmədovu belə təbrik etdi - FOTOLAR
Bizi izləyin

İdman

Van Damm Zabit Səmədovu belə təbrik etdi - FOTOLAR

Dünyaca məşhur aktyor Jan Klod Van Damm idmançımız Zabit Səmədovu təbrik edib.

Publika.az xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran instaqramda status yazıb.

“Bu gün Hollivud ulduzu, əfsanəvi döyüşçü Jan Klod Van Damm Qroznı şəhərində Çeçenistan Muxtar Respublikasının ilk prezidenti Əhməd Hacı Kadırovun xatirəsinə həsr olunan peşəkar kikboksinq turnirində Kikboksinqin WBC Muay Thai versiyası üzrə dünya çempionu adını qazanan, dəfələrlə dünya və Avropa çempionu olan, peşəkar kikboksinq üzrə müxtəlif yarışların qalibi, həmyerlimiz Zabit Səmədova zəng edərək qələbə münasibətilə təbrik etdi: “Qardaşım Zabit, sən bunu bacardın. Əhsən sənə! Afərin! Uğurların daha da çox olsun. Sənin tez bir zamanda Azərbaycanda keçirilən döyüşünü canlı izləmək mənə nəsib olsun”. Bu sözləri Van Damm dedi, mən də tərcümə etdim” , - deyə qeyd edib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm