Eyyub Hüseynov: "Kolbasanın içərisindən milçək çıxmasını inkar edə bilmərik"
Bizi izləyin

Ekopublika.az

Eyyub Hüseynov: "Kolbasanın içərisindən milçək çıxmasını inkar edə bilmərik"

“Ovqat” şirkətinə məxsus kolbasanın içərisindən milçək çıxandan sonra bizə 50-yə qədər telefon zəngi daxil oldu. Təəssüf ki, həmin şirkətlə bağlı araşdırma apara bilmədik”.

Bunu Publika.az-a açıqlamasında Azad İstehalkçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

E.Hüseynov bildirib ki, istehlakçılar tərəfindən onlara edilən zənglərdən sonra şirkətlə əlaqə yaradıb sertifikatlarını göndərmələrini xahiş edib:

“Səhiyyə Nazirliyindən və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən onlara verilən serifikatlarını faks və ya elektron poçt vasitəsilə göndərmələrini xahiş etdik. Lakin üzərindən günlər keçsə də, bunu etmədilər. Onlar sertifikatı göndərsəydilər aidiyyəti qurumların onlara nəzarət edib-etmədiyini öyrənə bilərdik. Həmin sənədləri əldə edib müəyyən tədqiqatlar aparacaqdım. Şirkət rəhbərliyi şikayətçini məhkəməyə verəcəyini, həmin məlumatın böhtan olduğunu dedi. Lakin özləri sənədləri göndərmədilər. Bu mənada hesab edirəm ki, şikayətçi haqlıdır. Sənəd göndərsəydilər, Səhiyyə Nazirliyinin və mətbuatın nümayəndələrinin iştirakı ilə həmin şirkətə baxış keçirə bilərdik. Lakin biz kolbasanın içərisindən milçək çıxmasını inkar edə bilmərik. Bu hal mümkündür. İstehlakçılar qəndin içərisində dəmir, çörəyin içərisində bolt aşkarlanması barədə dəfələrlə bizə şikayətlər ediblər.”.

E.Hüseynov hesab edir ki, son vaxtlar istehlakçıların hüquqlarının pozulması halları artıb. Buna səbəb dövlət tərəfindən sahibkarlara yaradılmış rahat şəraitdən sui- istifadə etmələridir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm