17 yaşlı cazibədar qızın 54 yaşlı gülməli adama ÖLÜMSÜZ EŞQİ - FOTOLAR
Bizi izləyin

Bilgi.az

17 yaşlı cazibədar qızın 54 yaşlı gülməli adama ÖLÜMSÜZ EŞQİ - FOTOLAR

Nobel və Pulitzer mükafatlı çox məşhur bir dramaturq Yucin O`Nil özündən 37 yaş böyük, məşhur adamla evləndiyi üçün qızını övladlıqdan rədd etdiyini söyləmişdi...

17 yaşında çox gözəl və cazibədar bir qız idi Uno. Nyu York kübar cəmiyyətinin əhəmiyyətli fiqurlarından biri olan anası Aqnes Boultana "Ondan başqa kimsəni sevməyəcəyini" demişdi.

Gözü başqasını görməyən Çarli Çaplin, o günə qədər iki dəfə 16 yaşlı gənc qızla evlənib boşanmış, yenə gənc bir qadınla etdiyi üçüncü evliliyində də xoşbəxtliyi tapa bilməmiş, bu arada haqqında yenə bir gənc qadın tərəfindən atalıq iddiası açılmış bir adam idi.

Məhkəmələrdə haqqında açılmış atalıq ittihamları ilə məşğul idi. Adam 54 yaşında, üstəlik, rejimə müxalif idi. Ona "kommunist" deyirdilər, o isə yalnız "humanist" olduğunu müdafiə edirdi. Rejimin, Hollivudun və əxlaqi fikirlərin ixrac etmək üzrə olduğu çox məşhur bir adam idi.

Londonun kənar məhəllələrindən çıxıb gələn, o məzlum kiçik avaranın toxunaqlı və komik əhvalatı bütün dünyanın yadında idi.

Publika.az Çarli Çaplin və ondan 37 yaş kiçik arvadı Uno O`Nilin maraqlı həyat macərasını təqdim edir. 1889-cu ildə Londonda doğulan Çarlinin atası əyyaş, anası nataraz biriydi. Çarli 3 yaşında ikən atası öldü. Anası bu vəziyyəti qaldıra bilmədi və mənəvi böhran keçirib xəstəxanaya yatırıldı. Yalnız qalan Çarli qardaşı Sad ilə parklarda yatdı, zibil qutularındakı qırıntılarla qarnını doyurdu və nəhayət, qardaşıyla birlikdə internata göndərildi.

Ağlamamaq üçün gülməyi öyrəndi Çarli yetimxanada. Bir çox məşhur komediyaçı kimi. Məzə, zarafat dolu öz xəyal dünyasına çəkildi...

Ağlamağını gülərək örtməyi və güldürməyi öyrənəndə londonlu sənətsevər də ona gülməyə başlamışdı teatrlarda...

Əslində gənc qız da çox məşhur və müvəffəqiyyətli bir atanın qızı olmasına rəğmən, Çaplin kimi ailə tragediyalarından uzaq biri deyildi. Onun da atası əslində əyyaşdır. Ata tərəfdən nənəsi narkotik aludəçisi idi.

Parlaq bir elm adamı - qardaşı Yuqan, duş qəbul edərkən intihar etmiş, digər qardaşı Şan da intihara təşəbbüs etmiş bir heroin istifadəçisi olub. Halbuki gənc qız bunlardan heç biri deyildi və belə bir qədəri olmağını istəmirdi. 17 yaşında Hollivudu görəndə "ya bir ulduz olacağam, ya da bir ulduzla evlənəcəyəm" demişdi.

Kim bilir, bəlkə də, ailəsindəki bu xəstəlikli vəziyyət Unonun Çarlini görəndə, onun atalıq iddiası, problemli evliliyi, keçmiş bədbəxtlikləri və çirkli deyilən şəxsi həyatını özünə yaxın bilmişdi.

Gənc qız bütün Amerikanın və Hollivudun əksinə Çarliyə inandı. Çarlinin gənc qadınlarla əlaqəsi vardı. Evləndiyi ilk həyat yoldaşı Mildred Harris hələ 16 yaşında idi. İkinci həyat yoldaşı Lita Qrey də eyni yaşdaydı. Əslində söz-söhbətlərə görə, Litayla yalnız kiçik yaşda bir qızı başdan çıxarma mövzusundakı əxlaqi qaydaları yıxmaq üçün evlənmişdi. Üçüncü yoldaşı cazibədar Pault Qodard onlar qədər uşaq deyildi, amma o evlilik boşanmayla nəticələnmişdi.

İndi də gənc və gözəl oyunçu Yoan Berri, Çarlinin doğulmamış uşağının atası olduğunu iddia edirdi. Qan testi isə vəziyyətin belə olmadığını söyləyirdi.

Gənc aktrisa Çarli Çaplindən hamilə qalmamışdı. Ancaq həmin illər Amerikada soyuq müharibənin davam etdiyi illər idi. Və Çarli Çaplin özünə "humanist" desə də, "kommunist" olaraq bilinən və rejim tərəfindən istənməyən adam elan edilən sənətçi idi.

Uno günahsız, komik, fağır görünüşlü romantik avaraya inanırdı. 1943-cü ildə, hələ 17 yaşında ikən evlənərək bütün dünyaya sevdiyi adama inandığını elan etdi. Məhkəmə qan testinin nəticələrinə baxmayaraq, Çarli Çaplinin "ata" olduğunu təsdiqlədi və uşaq üçün 21 il boyunca pul ödəməsinə qərar verdi...

Həyat hər zaman mərhəmətsizlərin, rəzil, qan sovuranların, əxlaq gözətçilərinin, insanlıq cinayətləri törətmişlərin, soyuq müharibə polislərinin və empatiya qura bilməyən insanlıqdan məhrumların arzuladığı kimi getmir. Bəzən yaxşı olanlar, ya da yaxşı olmağa çalışan qadın və kişi bir-birlərini tapırlar.

Hər şey onlara qarşıymış kimi görünsə də, onlar bir yolunu tapır, bir-birlərinə dəstək olaraq, onları öldürməyə çalışan həyatı cənnətə çevirə bilirlər.

Üç nəsil spirt və narkotik aludəçisi bir ailədən gələn 17 yaşındakı cazibədar gözəl qız Uno, özü kimi əyyaş bir atanın oğlu olan, 3 yaşından bəri anasız-atasız, yetimxanalarda böyüyüb, dünyanın ən məşhur aktyoruna çevrilən, o günahsız və bədbin görünüşlü, romantik və komik avara Çarliyə istədiklərini verdi və onu mükəmməl bir adama çevirdi.

Amerikada Mak Karti rejimi müxalif olan, insanlıq və sülhə tərəf davranan Çarlini Amerikada istəmirdi. O da bir tərəfdən əxlaq gözətçiləri, digər tərəfdən onları tətikləyən rejim gözətçiləri və soyuq müharibə cəlladlarından qaçıb xilas olmaq istəyirdi onsuz da. Uno ilə İsveçrəyə sürgünə getdilər. Orada çox xoşbəxt bir həyat sürdülər. Uşaq dalınca uşaq gətirdilər dünyaya.

Qeraldin, Mişel, Cosefin, Viktoriya, Yucin, Cane, Anet və Xristofer. Düz 8 uşaq, hamısı da inanılmaz bir şəkildə analarına bənzəyirdilər.

Çarlinin Hollivuda qayıtması qadağan idi, amma bütün dünyada oynayan filmlərindən ildə təxminən 11 milyon dollar pul qazanırdı. İsveçrədə Cenevrə yaxınlığında, lüks bir villada yaşayırdılar. Həyatın, ailələrinin onlara spirt və narkotiklə yüklədiyi genetik mirasa inad, 37 illik yaş fərqinə diqqət etmədən çox xoşbəxt bir həyatları oldu.

Soyuq müharibə cəlladları, insanlıqdan nəsibini ala bilməmiş yalançı və böhtançı güc mərkəzlərinə qarşı, düz 34 il İsveçrədə kef və yaradıcılıq dolu bir həyatları oldu.

"Uşaqlarımız üçün yaşayırıq... Ancaq onları ərköyün böyütməməyə çalışırıq..." deyirdi 17 yaşında evlənən Uno.

Xristian dünyasında ailəni bir araya gətirən ən əhəmiyyətli gün Milad günüdür. 1977-ci ilin Milad günündə mikroblara və cəlladlara bir mesaj vermək istəyirmiş kimi Tanrı Çaplini yanına aldı.

"Göstərmək istədiyim adamın romantizmə qarşı inanılmaz bir aclığı var... Sonsuza qədər eşqi axtarmaq istəyir, amma ayaqları ona icazə vermir..."

Çarlinin icazə vermir dediyi ayaqlar onun yaratdığı "göyərçin bənzərli komik yerişiydi..."

O, yaratdığı məzlum və günahsız xarakterin əslində özüdür.

Həyat ona çəkdiyi o qədər ağrıdan sonra, təxmin edə bilməyəcəyi bir hədiyyə vermişdi. Utancaq bir hörmət və yumşaq bir bağlılıq arzulayan bu komik və bədbin adam öləndə 88 yaşında idi. Arvadı Uno isə 51 yaşlı 8 uşaq anası olaraq həyata davam etdi...

Əli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm