Qırmızı.az
Pentaqonda işləyən azərbaycanlı: “Azərbaycanda elə ailələr var ki...”
“Adətən türk zabitləri ilə görüşəndə öz dilimizdə
danışıram. Hətta bir dəfə Pentaqonda türk zabiti ilə belə danışanda
təəccübdən çantası əlindən düşdü”.
Publika.az xəbər verir ki, bu barədə Pentaqonda
işləyən azərbaycanlı zabit Nəimi Əmiral (Jonh Naimi Amiral) Diaspor
Jurnalistləri Birliyinin əməkdaşlarına açıqlamasında deyib.
N. Amiral 20 ilə yaxın xaricdə yaşamasına baxmayaraq, dilimizi,
adət-ənənəmizi heç zaman unutmadığını deyib: “Mənim övladım həm
Azərbaycan, həm də ingilis dilində danışa bilir. Çalışıram ki, türk
dünyasının liderlərinə qarşı onda sevgi aşılayım. Xüsusən xaricdəki
uşaqlarımızın doğma dilimizi bilməsi çox önəmlidir. Lakin
Azərbaycanda elə ailələr var ki, uşaqları Azərbaycan dilində danışa
bilmirlər. Bu, məni çox narahat edir. Təyyarədə gələndə AZAL-ın
işçilərinin bizimlə rusca danışmasına çox təəccübləndik. Maraqlıdır
ki, təyyarədə Bakı yəhudiləri də var idi. Onların Azərbaycan dilini
unutmamasına sevinməmək olmurdu. Bizimlə Azərbaycan dilində
danışır, milli kinolarımıza baxır, milli musiqimizi
dinləyirdilər”.
N.Amiral qeyd edib ki, hər il Bakıya gəlir.
“Bakı çox gözəldir. Hər il gələndə inkişaf hiss olunur. Yeni
binalar, şəhərin əsrarəngiz görünüşü insanı valeh edir. Hər dəfə
Vətənə gələndə Bakı öz yeni görkəmi ilə məni heyran edir”, - deyə o
bildirib.
Onun sözlərinə görə, qeyri-amerikalı olmağın ABŞ ordusunda
yüksək rütbəyə çatmağa hər hansı maneçiliyi yoxdur.
Yeni vəzifəsinin çətin olmadığını deyən soydaşımız işinin
öhdəsindən layiqincə gəldiyini vurğulayıb.
O, Virciniya Əyalət Məclisinə keçirilən seçkilərdə iştirakından
da danışıb: “2009-cu il seçkilərində Virciniya Əyalət Məclisinə
namizəd olarkən Vaşinqton şəhərinin ən müstəsna yerlərindən biri
olan Metropolitan Squarede (Ağ evin yanında) Amerikada xüsusi
diqqət çəkən bir dəstək mitinqi təşkil etdik. Vaşinqtondakı
Azərbaycan və türk diasporundan ibarət nümayişçilər mənə hərtərəfli
dəstək verdilər. Mən 3 noyabr 2009-cu il seçkilərində Virciniya
Əyalət Məclisinə namizədlər sırasında ən uğurlu namizədlərdən idim.
Rəqibim seçkiləri az bir fərqlə uddu. Onu Virciniyada daha çox
tanıyırlar. Çünki həm orada böyüyüb, həm də həyat yoldaşı oranın
baş hakimidir”.
Qeyd edək ki, N. Amiral əslən Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir. O, uzun müddət ABŞ-da yaşayıb və Amerikanın dəniz qoşunlarının zabitidir. ABŞ-ın Respublikaçılar Partiyasının nümayəndəsi olan Naimi Amiral ABŞ tarixində ilk azərbaycanlı olaraq Virciniya Əyalət Məclisinə daxil olmağa ən uğurlu namizədlərdən olub.
O, bu il ABŞ-ın Rumıniyada istifadəyə verilən Ballistik
Raketlərə Qarşı Müdafiə Sistemi hərbi bazasında xarici əlaqələr
bürosunun direktoru vəzifəsinə təyin olunub.
Asif
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO