Alkoqol düşkünü olan azərbaycanlı məşhurun DƏHŞƏTLİ SONU - FOTOLAR (YENİLƏNİB)
Bizi izləyin

Magazin1

Alkoqol düşkünü olan azərbaycanlı məşhurun DƏHŞƏTLİ SONU - FOTOLAR (YENİLƏNİB)

İtkin düşdüyü deyilən aktyor Emil Tahirovun ölümü təsdiqlənib.

Publika.az xəbər verir ki, aktyorun ölümünü təsdiq edən sənəd yayımlanıb.

Dostları Elman Babayev və Nərminə Sultanova aktyorun avqustun 4-də Buzovna Vərəm Dispanserində dünyasını dəyişdiyini bildiriblər. Dostların sözlərinə görə, Emil təklik və dərdə dözməyərək həddən artıq alkoqol qəbul edirmiş. Bu da onun ciyərlərininin kəskin xəstəliyinə və sıradan çıxmasına səbəb olub. Serrozdan əziyyət çəkən aktyor vərəm xəstəliyi nəticəsində vəfat edib.

***

17:03

Rus Dram Teatrının aktyoru, əməkdar artist Firdovsi Atakişiyev də həmkarı, Emil Tahirovun ölüm xəbərindən təəccüblənib.

Publika.az-a açıqlama verən aktyor E.Tahirovun itkin düşdüyünü deyib: “Emilin ölümü ilə bağalı birinci dəfədir ki, sizdən eşidirəm. Biz bir yerdə işləmişik. O adam itkin düşüb və hələ də tapılmayıb. Onun itkin düşməsindən aylar keçir”.

Polis sahə inspektoru Azər Əzizov isə Publika.az-a bildirib ki, Emil Tahirovun ölümü ilə bağlı onlarda heç bir məlumat yoxdur: “Həmin şəxs kimsəsizlər qəbiristanlığında dəfn olunsaydı, bizim məlumatımız olardı. Adamın adı, soyadı bəllidirsə, bunu müəyyən etmək çətin deyil”.

A.Əzizov daha sonra kimsəsizlər qəbristanlığının rəhbəri ilə əlaqə saxlayıb, məlumatı dəqiqləşdirdi: “Qəbiristanlığın müdiri ilə də əlaqə saxladım. Orada Emil Tahirov adlı şəxs dəfn edilmədiyini dedilər”.

***

15:15

Bir müddət öncə itkin düşdüyü deyilən gənc aktyor Emil Tahirovun ölüm xəbəri yayılıb.

Minval.az saytının yaydığı xəbərə görə, aktyor Buzovna Xəstəxanasında sirroz xəstəliyindən dünyasını dəyişib.

Aktyor ölümündən əvvəl sosial şəbəkədə həyatdan bezməsi və yaşamaq istəməməsi ilə bağlı status da paylaşıb.

Amma aktyorun əvvəllər fəaliyyət göstərdiyi Rus Dram Teatrının direktor müavini İlham Məmmədovun Publika.az-a açıqlamasında xəbərə münasibəti belə olub: “Emil əvvəllər bizdə işləyib, sonradan işdən getmişdi. O itib, hara getdiyi bilinmir. Bəlkə də Rusiyadadır, dəqiq bilmirik. Amma 200 faiz inanıram ki, o ölməyib”.

Qeyd edək ki, Emil Tahirov 1997-ci ildə Bakı şəhərinin 68 N-li texniki-peşə məktəbini bitirib. 1995-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktyoru kimi fəaliyyət göstərib. Teatrda işlədiyi müddətdə bir çox tamaşalarda iştirak edib. Teatrda Umbert (E.de Filippo "Filumena Marturano"), Həkim (Q.Qorin "Kin IV"), Dcud (B.Sleyd "Çestvovaniye"), Viktor (A.Qalin "Konkurs"), Topal (S.Vurğun "Fərhad və Şirin") kimi obrazlar yaradıb. KVN teatrında da çalışan aktyor bir müddət öncə, məşhur telefon şirkətlərinin birinin reklam çarxında da çəkilib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm