Qırmızı.az
Seksopatoloji kabinetlər niyə ləğv edildi? - Rəsmi cavab
"Dövlət xəstəxanalarında seksopatoloji xidməti uroloq və psixoterapevtlər yerinə yetirir. Sadəcə eksopatoloji kabinetlər yoxdur. Onların nə vaxt ləğv edilməsi barədə məlumat yoxdur".
Bu sözləri Publika.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.
O bu barədə yayılmış yazını qəbul etmədiyini bildirib:
“2009-cu ildə ləğv edilmiş bir qərarı indi gündəmə gətirmək anlaşılmır. Yazıda köhnə bir mütəxəssis danışıb, öz fikirlərini deyib”.
A.Qədirli həmçinin bu kabinetlərin ləğv edilməsinin problem olmadığını deyib:
“Bildiyim qədəri ilə bəzi xəstəxanalarda saxlanılıb. Amma bu xidmətin kabinet formasında ləğv edilməsi elə də ciddi problem deyil. Yəni genekoloji kabinetin ləğv edilməsi, qadınların genekoloqa müraciət etməsinə maneə deyil. Eyni zamanda cinsi seksual patoloji problemi olan insanları xəstəxanada mütəxəssis qarşılayacaq. Çünki bu problemlər ya uroloji, ya dəri-zöhrəvi, yaxud da psixiatrik olur. Kabinet olaraq ləğv edilməsi isə dəqiq məlumat deyil”.
Xatırladaq ki, bu gün Modern.az saytında səhiyyə naziri Oqtay Şirəliyevin bu haqda hələ 2009-cu ildə verdiyi əmrə əsasən dövlət xəstəxana və klinikalarında sekspatoloji kabinetlərin ləğv edilməsi ilə bağlı yazı verilib. Yazıda bildirilib ki, kabinetlərin ləğv edilməsi müraciət edənlərdə çaşqınlıq yaradır.
Gülxar
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR