"Türkiyə Krımı Rusiya ərazisi kimi tanımayacaq"
Bizi izləyin

Digər

"Türkiyə Krımı Rusiya ərazisi kimi tanımayacaq"

"Türkiyə Krımı Rusiya ərazisi kimi tanımayacaq. Ankara həmçinin Krımda keçirilən referendumun nəticələrini tanımaq fikrində deyil".

"Türkiyə Krımı Rusiya ərazisi kimi tanımayacaq. Ankara həmçinin Krımda keçirilən referendumun nəticələrini tanımaq fikrində deyil".

Bu sözləri Türkiyə prezidenti Abdulla Gül deyib.

Qeyd edək ki, Ukrayna prezidentliyinə namizədliyi irəli sürülən Pyotr Poroşenko ilə Türkiyə prezidenti Abdulla Gül arasında keçirilən görüşdə bu haqda danışılıb. Abdulla Güllə Pyotr Poroşenko arasında keçirilən 1 saatlıq görüşdə əsas diqqət regional təhlükəsizliyə və Krım tatarlarının hüquqlarının müdafiəsinə yönəlib.

P.Poroşenko görüşün yekunlarına əsaslanaraq gələcəkdə tərəflərin birgə səyləri ilə Krımın əvvəlki statusunun qaytarılacağına əminliyini ifadə edib.

Tərəflər Ukraynadakı prezident seçkilərindən sonra Ukrayna-Türkiyə danışıqlarına başlamaq haqda razılıq da əldə ediblər. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm