İdman
Küveytə gedən futbolçunu Braziliyaya buraxmadılar
Braziliyanın “Atletiko Mineyro” klubu məşhur fransız futbolçu Nikolya Anelka ilə müqaviləni birtərəfli qaydada pozub.
Publika.az xəbər verir ki, “Vest Bromviç”dən qalmaqallı şəkildə ayrılan Anelka aprelin 4-də Braziliya klubu ilə müqavilə bağlamışdı. Ancaq ulduz futbolçu bu komandanın heyətində bir oyuna belə çıxmadan qovulub. “Atletiko Mineyro”nun idman direktoru Edurad Malufa məsələni belə şərh edib: “Onun agentindən məktub aldıq. Məktubda qeyd olunurdu ki, hazırda Küveytdə olan Anelka klubun düşərgəsinə yalnız aprelin 19-da qoşula bilər. Biz hesab edirik ki, futbolçu bizi vaxtında məlumatlandırmalıydı. Bunu klubun prezidenti Aleşandr Kalilomla müzakirə etdik və qərara gəldik ki, “Atletiko Mineyro”nun dəyəri hər hansı bir futbolçunun dəyərindən qat-qat yüksəkdir. Elə ona görə də onunla müqaviləni birtərəfli qaydada ləğv etdik”.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO