Rufiz Qonaqov: “Vətəndaşlar İnkişaf Konsepsiyasının müsbət təsirini daim hiss edir”
Bizi izləyin

Qırmızı.az

Rufiz Qonaqov: “Vətəndaşlar İnkişaf Konsepsiyasının müsbət təsirini daim hiss edir”

Rufiz Qonaqov: “Vətəndaşlar İnkişaf Konsepsiyasının müsbət təsirini daim hiss edir”

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında insan kapitalı və səmərəli sosial müdafiə sistemi: Uğurlar və perspektivlər” layihəsi çərçivəsində Binəqədi rayonunda tədbir keçirib.

Publika.Az –ın məlumatına görə, Binəqədi rayon icra hakimiyyəti ilə birgə təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, rayon fəalları, QHT və media rəhbərləri, ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan BMAM sədri, layihənin rəhbəri Rufiz Qonaqov bildirib ki, layihə Bakı şəhərində Yasamal və Binəqədi rayonlarını, Sumqayıt, Gəncə və Quba regionlarını əhatə edəcək: “Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin 2011-ci il noyabrın 29-da “Azərbaycan-2020: gələcəyə baxış “ İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı verdiyi tarixi sərəncam işlərin daha sürətlə getməsinə və səmərəliliyinin artırılmasına zəmin yaratdı. Bu mükəmməl konsepsiyada heç bir sahə diqqətdən kənarda qalmamış, yoxsulluğun azaldılması, məşğulluğun səviyyəsinin yüksəldilməsi, həssas qrupların sosial müdafiəsi, sahibkarlığın inkişaf etdirilməsi, yüksək keyfiyyətli təhsil sisteminin yaradılması, təbii sərvətlərdən istifadənin azaldılması və digər məsələlər barədə əsaslı inkişaf proqramı ortaya qoyulub.

Tədbirdə Binəqədi RİH ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova çıxış edib. O, konsepsiya çərçivəsində rayonda görülən işlərdən danışıb. Bildirib ki, bu gün Binəqədi rayonu Bakının ən inkişaf etmiş rayonlarındandır: “Rayonunmuz günü-gündən abadlaşır. Həyata keçirilən planlı işlərimiz bütün qəsəbələrimizdə də davam etdirilir. Hazırda da abadlıq işləri davam etdirilir, məktəblər, səhiyyə ocaqları təmir etdirilir. Bütün bunlar Konsepsiyadan irəli gələn vəzifələrdir və biz də bu məsuliyyətli vəzifəni yerinə yetiririk. Hazırda əhalinin sağlamlığı ilə bağlı həyata keçirilən kampaniya Binəqədi rayonunda yüksək səviyyədə yerinə yetirilir və bu proses may ayının sonuna qədər də davam edəcək. Bundan başqa rayon ərazisində səyyar həkim birqadalrımız da fəaliyyət göstərir”.

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri, layihənin eksperti Rəfail Becanov məruzə ilə çıxış edib. O, bildirib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması və tətbiqi dövlətimizin ən başlıca prioritet hədəflərindən biri kimi, bu gün əsas müzakirə mövzularından biridir. Xalqımız bu prosesin uğurlu icrasını və səmərəli nəticələrini səbirsizliklə gözləməkdədir.

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli çıxış edərək bildirib ki, İnkişaf Konsepsiyasının ayrı-ayrı sahələrə təsirini vərtəndaşlarımız da hiss edir. Əhalinin aztəminatlı təbəqəsi kimi digər sosial qruplar da bu konsepsiyadan bəhrələnir. Eləcə də vətəndaş cəmiyyəti institutlarının müxtəlif təsisatları bu proqramın müsbət təsirindən yararlanır. Bu gün istər mətbuat, istərsə də QHT sektorunun güclənməsi məhz bu inkişafın bizə verdiyi ən böyük töhfələrdəndir.

“Şahdağ” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Rəhilə Teymurova çıxışında İnkişaf Konsepsiyasının gənclərin inkişafına olan təsirindən danışıb. O bildirib ki, Konsepsiyada gənclərə də xüsusi diqqət ayrılıb. Xaricdə təhsil proqramları Azərbaycan da yeni və müasir biliklərə yiyələnmiş gəncliyin formalaşmasına xidmət edir. Gənclərin dövlət idarəçiliyinə cəlb edilməsi də bi konsepsiyanın qarşıya qoyduğu məsələlərdəndir. Biz müəllimlərin də qarşısında qoyulan əsas vəzifələrdən biri savadlı və müasir biliklərə yiyələnmiş gənclərin yetişdirilməsidir.

Təbdirin sonunda YAP Gənclər Birliyinin fəal üzvü Gülnar Əmiraslanova, Qarabag Veteranları Binəqədi rayon rəhbərləri və digər rayon ictimaiyyətinin nümayəndələri çıxış ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm