Qırmızı.az
Mikayıl Cabbarov evdə təhsil alan şagirdlərlə görüşüb
Aprelin 21-də təhsil naziri Mikayıl Cabbarov İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun 1, 2, 7 nömrəli və Cülyan kənd tam orta məktəblərin evdə fərdi təhsil alan şagirdləri ilə görüşüb.
Publika.Az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, təhsil nazirinin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarında yaşayan vətəndaşları qəbulu ilə bağlı İsmayıllı şəhərinə səfəri çərçivəsində keçirilmiş görüşdə evdə fərdi təhsil alan şagirdlərin valideynləri, müəllimlər və distant təhsil üzrə mütəxəssislər də iştirak ediblər.
Təhsil naziri Mikayıl Cabbarov distant təhsilin inkişaf etdirilməsi və sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan şagirdlərin bu prosesə cəlb olunması məsələsinin prioritet istiqamətlərdən biri olduğunu bildirib. Təhsil Nazirliyi tərəfindən bu sahədə həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunan nazir İsmayıllı rayonunda məsafədən təhsil layihəsinin uğurla icra edilməsini təqdirəlayiq hal kimi dəyərləndirib.
Nazir qeyd edib ki, məsafədən təhsilin əsas məqsədi evdə təhsil alan, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların təhsil almaq imkanlarını yaxşılaşdırmaq, kompüterdən və elektron resurslardan istifadə bacarıqlarını artırmaqdan ibarətdir.
Distant təhsil üzrə mütəxəssis Maral Vəliyeva evdə təhsilin
təşkili ilə bağlı təqdimat-məruzə ilə çıxış edib.
Valideyn Bayram Rzayev sağlamlıq imkanları məhdud, xüsusi qayğıya
ehtiyacı olan şagirdlər üçün evdə təhsilin təşkili istiqamətində
Təhsil Nazirliyinin apardığı məqsədyönlü tədbirlərə görə
minnətdarlığını bildirib.
Gülxar
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO