“İran qazı Azərbaycan - Türkiyə xətti ilə axarsa, Ermənistan “partlaya” bilər” – Təhlükəli ssenari
Bizi izləyin

Dünya

“İran qazı Azərbaycan - Türkiyə xətti ilə axarsa, Ermənistan “partlaya” bilər” – Təhlükəli ssenari

“İran qazı Azərbaycan - Türkiyə xətti ilə axarsa, Ermənistan “partlaya” bilər” – Təhlükəli ssenari

Ermənistan ötən ilin sentyabr ayında Rusiyanın sahibi olduğu Gömrük Şurasını seçməklə özünü daha çətin vəziyyətə saldı. Yerevan ətrafında baş verən prosesləri sadəcə olaraq müşahidə etməklə məşğuldur. Erməni mediası da ölkəsi ilə bağlı yaranmış xoşagəlməz vəziyyətin fərqindədir. Ermənistanın “Lragir” qəzeti bu qənaətdədir ki, Ermənistan ətrafında proses gizli şəkildə inkişaf edir.

Publika.Az xəbər verir ki, bunlardan biri 2014-cü ilin may ayında İran və “altılıq” ölkələri arasında nüvə proqramı üzrə uzunmüddətli razılaşma üzərində işin başlamasıdır.

20 iyun tarixi İran proqramı üzrə razılaşma üçün son müddətdir. Yekun razılaşma əldə olunarsa, İrana qarşı tətbiq olunan sanksiyalar ləğv ediləcək, regionda aktiv infrastruktur transformasiyaları baş verəcək. Digər bir məsələ isə Suriyadakı son hadisələrdir. “Lragir” yazır ki, Əsədin hakimiyyətdə qalacağı və Qərbin də buna razılıq verdiyi yönündə görüntülər var.

“Bu proses Yaxın Şərq regionunda Türkiyənin rolunun kəskin aşağı düşəcəyini göstərə bilər”, - yazan qəzet hesab edir ki, bu Ermənistan üçün də faydalı ola bilərdi. Amma erməni nəşri Ermənistan qarşısında əsas maneənin, yəni üçüncü prosesin Avrasiya ittifaqının yaradılması olduğunu bildirir:

“Ermənistan və Gürcüstan İranın Avropa ilə əlaqəsinin ən optimal üsuludur. Ancaq Ermənistanda sovetləşmənin ikinci mərhələsi başlayıb. Moskva onu təcrid edərək İran və Avropa üçün Türkiyə və Azərbaycan variantını saxlayıb. Moskva İran neft və qazının Ermənistan vasitəsilə Avropaya çatdırılmasına mane olur. Rusiya artıq İran qazının Ermənistanla tranzitini qadağan edib və “yad” neftə əlavə rüsumları tətbiq etməyə hazırlaşır. Rusiya Ermənistana Avropa İttifaqının azad ticarət zonasına daxil olmağa icazə vermədi. Bütün bunlar Ermənistanı barıt çəlləyinə çevirir. İran qazı Azərbaycan-Türkiyə xətti ilə axarsa, Ermənistan “partlaya” bilər. Serj Sarkisyan da təsadüfən erməni-türk protokollarını yada salmadı”.

Qeyd edək ki, “Lragir” qəzeti bir neçə gün bundan əvvəl dərc etdiyi bir başqa yazısında da regionda baş verən proseslərin Ermənistanın lehinə olduğunu qeyd etmişdi. “Azərbaycan öz saatını gözlədi və qazandı” başlıqlı yazıda Cənubi Qafqazda yerləşən vassal ölkə olan Ermənistanın yalnız faydasız deyil, həm də Rusiyanın hərbi bazası fonunda olduqca təhlükəli olduğunu bildirilirdi.

“Lragir” vassal ölkələrin adının Qərbin partnyorları siyahısından silinəcəyini, Cənubi Qafqaz iki dövlətdən -Gürcüstan və Azərbaycandan ibarət olacağını yazmışdı.

“Hazırda Cənubi Qafqazda yeni geosiyasət ağlasığmaz xarakter kəsb etməyə başlayıb və bu ssenari artan xətt üzrə inkişaf edəcək. Bu yeni vəziyyətin əsas iştirakçısı Azərbaycan olacaq və artıq olub. Azərbaycan uzun vaxt idi ki, beynəlxalq siyasətdə üç istiqamət üzrə fürsət gözləyirdi: Birincisi, ABŞ və NATO Türkiyə-Azərbaycan hərbi ittifaqını bəyəndi, Qərb cəmiyyətinin maraqlarına əsaslanaraq bu ittifaq qanuni oldu, ikincisi, Cənubi Qafqazda rus vassalının iddialarının tanınması tamamilə məhdudlaşdırıldı, üçüncüsü, Rusiyanın Azərbaycana qarşı ekspansiyası tanınmış oldu və Qərb Azərbaycana bu ekspansiyanın dəf edilməsində kömək göstərməyə hazırdır”, - erməni nəşri qeyd etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm