Tabloid.az
Köhnə cinsləri yeni dəbə uyğunlaşdırın - FOTOLAR
Köhnə geyimləri dəbdən düşəndən sonra tullamaq artıq məsləhət görülmür. Dizaynerlər onları dəbin yeni qaydalarına uyğunlaşdırmağın tərəfdarıdır. Onlara yeni həyat verərək həm dəblə ayaqlaşa, həm də büdcənizə qənaət etmiş olarsınız. Paltarın modelini dəyişmək çətin və bilavasitə dərzinin işi olsa da, köhnə cins şalvarları müxtəlif formalara salmaq çox asandır. Fantaziyanız varsa, öz əllərinizlə yeni şalvar hazırlaya bilərsiniz. Tabloid.az köhnə cinsləri hansı formalara sala biləcəyinizin izahını təqdim edir:
Batik (ləkəli və qarışıq)
Köhnə şalvarları təzələməyin ən asan yollarından biri batik boyamadır. Bu texnikanın ən gözəl tərəfi naxış və rəng məhdudiyyətinin olmamasıdır. 2-3 rəngi qarışdıraraq özəl modellər yarada bilərsiniz. Yaxud üzərinə şalvarın rəngini açan yuyucu maddələr və ya boya sıçrada bilərsiniz.
Dəmir aksessuarlar
Keçən il dəmir aksessuarlar olduqca dəbdə idi. Köhnə şalvarları yeniləmək üçün dəmir aksessuarlar ən yaxşı yollardan biridir. Forması, böyüklüyü, qızılı və ya gümüşü olması sizdən asılıdır. İstəsəniz, sadəcə ön və ya arxa ciblərə ilişdirə bilərsiniz.
Rəng bloku
Şalvarların kənarlarına və belinə başqa rəngli parça əlavə edə bilərsiniz.
Ombre (rəng keçidi)
Ombre texnikasından son zamanlarda geyimlərdə çox istifadə edilir. İstədiyiniz hissələrə rəng keçidləri və kölgələri tətbiq edə bilərsiniz.
Gipür
Şalvarları dəbin son qaydalarına uyğun hazırlamaq üçün gipürdən istifadə edə bilərsiniz. Gipürlər artıq bütün geyimlərdə, aksessuarlarda, hətta ayaqqabılarda da istifadə olunur. Gipürləri gözoxşayan şəkildə şalvarın üstünə tikə bilərsiniz.
Zəncirbənd
Zəncirbəndi xəyal gücünüzü işə salaraq aksessuar kimi də istifadə edə bilərsiniz. Şalvarın balağına, kənarlarına əlavə edə bilərsiniz.
Yırtılmış cinslər
Qarderobunuzda heç olmasa, bir dənə də yırtıq cinsiniz yoxdursa, onu tam adlandırmaq olmaz. Onları tullamaq yerinə istədiyiniz hissələrdə dəliklər aça bilərsiniz.
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ
-
İdman12:43
Dünyanın ən gözəl qadın qolfçusu: Görün indi nə işlə məşğuldur - FOTOLAR/VİDEO
-
Dünya12:16
Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
-
Region11:57
Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
-
Dünya11:23
Şimali Koreyanın Rusiyaya hərbi dəstəyi: Görün Moskva əvəzini nə ilə ödəyib
-
Region10:40
Ermənistanda soydaşımıza hücum etdilər - VİDEO