Digər
Mehriban Əliyeva Kannda çıxış etdi
Fransanın Kann şəhərində “Azərbaycan mədəniyyəti günləri”
keçirilir. İyulun 9-da “Bakı-Avropa Oyunları-2015”in təntənəli
təqdimatı olub. Publika.az-ın məlumatına görə, Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
mərasimdə iştirak edib.
Kann şəhəri yenidən Azərbaycan mədəniyyət təntənələrinə ev
sahibliyi edir. Fransanın bu qədim, həm də mədəniyyət tədbirləri
ilə zəngin şəhəri artıq bir neçə gün əvvəl Azərbaycanla bağlı baner
və posterlərlə bəzədilib. Bununla da şəhər əhalisi və burda
istirahət edən minlərlə turist Azərbaycanla bağlı tədbirlər
haqqında məlumatlandırılıb. Azərbaycan günləri çərçivəsində
tamaşaçılar ölkəmizi müxtəlif aspektlərdə - tarixi, musiqisi,
ədəbiyyatı, klassik və modern incəsənəti ilə birlikdə görmək imkanı
əldə edəcək.
“Bakı - Avropa Oyunları – 2015”in təntənəli təqdimat mərasimi
başlayıb. Tədbirin aparıcısı Azərbaycan, ölkəmizin tarixi və
mədəniyyəti haqqında mərasim iştirakçılarına məlumat verib.
Bildirilib ki, zəngin mədəni dəyərlərə malik olan Azərbaycan
təxminən bir ildən sonra ilk Avropa oyunlarına ev sahibliyi
edəcəkdir. Tədbirdə çıxış edən Kann şəhərinin meri Devid Lisnard
Qafqazın mirvarisi olan Azərbaycan ilə Aralıq dənizinin mirvarisi
olan Kann şəhəri arasında dostluq əlaqələrinin getdikcə inkişaf
etdiyini bildirib. Mer deyib ki, artıq ikinci dəfədir ki, Kannda
Azərbaycan mədəniyyət günləri təşkil olunur.
“Azərbaycan zəngin mədəni dəyərlərə malikdir” deyən Kann şəhərinin
meri əminliklə bildirib kİ, gələn il ilk Avropa oyunları Bakıda
yüksək səviyyədə təşkil olunacaq.
Azərbaycanın birinci xanımı, birinci Avropa oyunlarının Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edib.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO