Qırmızı.az
Bu gün Milli Mətbuat Günüdür (FOTO)
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox
milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi.
Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət
göstərir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
"Əkinçi" qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və
Jurnalistika Günü kimi qeyd olunmağa başladı.
Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir. Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində "Əkinçi" qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. "Əkinçi" qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. "Əkinçi" qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb.
Qəzetin mütərəqqi ideyaları Rusiya hakim dairələrini narahat etmiş
və iki il sonra qəzet bağlanmışdı. Azərbaycan mətbuatının ilk
müjdəçisi "Əkinçi"dən sonra bu sahədə xeyli irəliləyişlər olmuşdu.
XIX əsrin sonlarında "Ziya", (1879), "Kəşkül" (1880), "Kaspi"
(80-90-cı illər) qəzetləri nəşrə başlamışdı. XX əsrin əvvəllərində
C. Məmmədquluzadə, M. Şahtaxtinski, S. Hüseyn, Ö. Faiq Nemanzadə,
Ü. Hacıbəyov və başqaları yeni demokratik mətbuatın yaranması
uğrunda mübarizə aparırdılar. Bu gərgin mübarizə öz nəticəsini
verdi. "Şərqi-rus" (1903), "Həyat" (1905), "Açıq söz" (1915),
"Azərbaycan " (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər
meydana çıxdı.
1906-cı ildə "Molla Nəsrəddin" jurnalının nəşrə başlanması ilə
Azərbaycan mətbuatında siyasi satiranın əsası qoyuldu. Redaktoru
Xədicə xanım Əlibəyova olan "İşıq" jurnalının bütün əməkdaşları
qadınlardan ibarət idi. Sovet hakimiyyəti dövründə bütün sovet
respublikalarında olduğu kimi Azərbaycanda da mətbuat sovet
ideologiyasının ruporuna çevrilmişdi. Azad və demokratik mətbuatdan
söhbət belə gedə bilməzdi. Yalnız bolşevik rejiminin, kommunist
ideyalarının təbliği ilə məşğul olan qəzet və jurnallar nəşr
olunurdu. Mətbuat üzərində ciddi senzura hökm sürürdü. Kommunist
Partiyasının orqanı olan "Pravda" (bu qəzetin dilimizə tərcüməsi
"Həqiqət" olsa da, səhifələri qərb demokratiyasına qarşı
iftiralarla, ictimai və iqtisadi-siyasi həyatın müxtəlif sahələrinə
aid yalan informasiyalarla dolu idi) qəzetinin ilk nömrəsinin
çapdan çıxdığı gün - 5 may Mətbuat Günü kimi qeyd olunurdu.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR