Qırmızı.az
Qısqanc ər əlini qana batırdı
Paytaxtın Xətai rayonu ərazisində qanlı hadisə baş
verib. Hadisə zamanı ər öz həyat yoldaşını qətlə
yetirib.
ANS TV-nin Xətai Rayon Polis İdarəsinə istinadən verdiyi məlumata
görə, Əhmədli qəsəbəsində qeydə alınan hadisə zamanı 33 yaşlı
Elsevər Şükürov həyat yoldaşı 31 yaşlı Rəqsanə Şükürovanı kirayə
yaşdıqları mənzilin yaxınlığında ona çoxsaylı bıçaq zərbələri
vuraraq qətlə yetirib.
Xətai Rayon Prokurorunun köməkçisi Şəbnəm Məmmədovanın sözlərinə
görə, qısqanclıq zəmindən baş vermiş mübahisə zamanı Elsevər
Şükürov üzərində gəzdirdiyi bıçaqla həyat yoldaşı Rəqsanə
Şükürovanı qətlə yetirib. Hadisədən dərhal sonra Elsevər Şükürov
özü polisə təslim olub.
İstintaq zamanı məlum olub ki, ərlə-arvad arasında əvvəllər də
dəfələrlə mübahisə olub. Amma 3 gün bundan əvvəl onlar yaşadıqları
Masallı rayonundan paytaxta gələrək yenidən birlikdə yaşamağa
başlayıblar. Ailənin bu nigahdan olan iki azyaşlı övladları isə
rayonda qohumlarının yanında qalıb. Hadisə günü Elsevər və Rəqsanə
yenidən mübahisə edib. Bundan sonra evdən çıxan Rəqsanəyə mənzilin
yanında çatan Elsevər onu həyatdan məhrum edib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunun müstəntiqi Elçin Musayev
tərəfindən Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə)
maddəsilə cinayət işi başlanılıb.
Hazırda sonu qanlı hadisə ilə bitən ailə münaqişənin təfərrüatları
araşdırılır.
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi