Qırmızı.az
Çimərliklərdə ekoloji tələblərə riayət olunmur - NAZİRLİK
Bakı və Abşerondakı çimərlik sahələrində, istirahət mərkəzlərində və ictimai iaşə obyektlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmadığı aşkarlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, çimərliklərdə fəaliyyət göstərən ictimai iaşə obyektlərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması, o cümlədən sahil xəttində formalaşan bərk məişət tullantılarının, çirkab suların qanunamüvafiq qaydada idarə olunması vəziyyətinə nəzarəti gücləndirmək məqsədi ilə Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin yerli qurumlarının əməkdaşlarının iştirakı ilə Bakı və Abşeron yarımadasının Xəzər sahili ərazilərində fəaliyyət göstərən obyektlərdə və bələdiyyə mülkiyyətinə aid olan ərazilərdə növbəti mövsümi reyd keçirilib.
Keçirilən reydlər zamanı çimərlik sahələrində, istirahət mərkəzlərində və ictimai iaşə obyektlərində bərk və maye mənşəli məişət tullantılarının idarə olunması zamanı ekoloji qanunvericiliyin tələblərinə riayət olunmadığı aşkar edilib.
Məişət tullantılarının qalaqlanması, yandırılması, çirkab suların təmizlənmədən Xəzər dənizinə axıdılması faktları ilə bağlı Bakı və Abşeron yarımadasının Xəzər sahili ərazilərində fəaliyyət göstərən kafe, restoran, istirahət mərkəzlərinin iş icraçıları barəsində ümumilikdə 50-dək protokol tərtib olunub.
Qeyd edək ki, Xəzər sahillərində fəaliyyət göstərən obyektlərdə və ümumiyyətlə sahilyanı ərazilərdə bərk məişət tullantılarının və çirkab suların idarə olunmasına cavabdehliyi bilavasitə həmin obyektlərin sahibləri və aidiyyəti üzrə şəhər, qəsəbə və kənd bələdiyyələri, icra orqanları daşıdığı üçün yerli özünüidarəetmə orqanları və icra strukturlarına tabeliklərində olan ərazilərdə ekoloji qanunvericiliyin tələblərinə riayət olunması barədə xəbərdarlıqlar edilib.
Hazırda qanun pozucularının inzibati məsuliyyətə cəlb olunmaları ilə bağlı İnzibati Xətalar Məcəlləsinin maddələrinə müvafiq olaraq zəruri tədbirlər görülür.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR