Xoşqədəm Hidayətqızı və Doğuş xeyriyyə tədbirində - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Xoşqədəm Hidayətqızı və Doğuş xeyriyyə tədbirində - FOTOLAR

ATV kanalında yayımlanan “Səni axtarıram” verilişi Ramazan ayı münasibəti ilə xeyriyyə tədbirləri keçirir. Layihə rəhbəri Xoşqədəm Hidayətqızının dəvəti ilə ölkəmizə gələn türk müğənnisi Doğuş qocalar, uşaqlar və əlillər evində xeyriyyə tədbirlərində iştirak edib.

Publika.az-ın məlumatına görə, növbəti tədbir bu gün Şağan qəsəbəsindəki Müharibə Əlilləri üçün Müalicə Pansionatında baş tutub. Tədbirdə bir çox ictimai-siyasi xadimlər, millət vəkilləri, ziyalılar çıxış edib.

Qeyd edək ki, xeyriyyə tədbirində aparıcı Xoşqədəm Hidayətqızı, müğənnilər Doğuş və Yusif Mustafayev fəxri fərmanla təltif olunub.

Türk müğənnisi Doğuş sevilən mahnılarını oxuyaraq iştirakçıların zövqünü oxşayıb.

Xatırladaq ki, xeyriyyə tədbirləri davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm