İran öz hava məkanını Avropa mülki aviasiyasına açıq elan etdi
Bizi izləyin

Dünya

İran öz hava məkanını Avropa mülki aviasiyasına açıq elan etdi

İran öz hava məkanını Şimali Avropadan Asiyaya uçan mülki aviasiya üçün açmağa hazırdır.

Publika.az xəbər verir ki, bu haqda İran mülki aviasiyaları şirkətinin rəsmisi İbrahim Şuştari Beynəlxalq Mülki Aviasiya Təşkilatının sorğusuna cavab verərkən bildirib.

Şuştarinin sözlərinə görə, artıq “Malaysia Airlines” şirkəti Ukrayna hava məkanından keçməkdən imtina edib. Bu şirkətin təyyarələri Amsterdamdan Kuala-Lumpura İran məkanı vasitəsilə reys edəcək.

Bundan başqa, İtaliya, Fransa, Qazaxıstan, Almaniya və digər ölkələr də öz milli aviasiya şirkətlərinə Ukrayna hava məkanından istifadə etməyə qadağa qoyub.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm