Azərbaycanda “qanlı döyüş” olacaq
Bizi izləyin

İdman

Azərbaycanda “qanlı döyüş” olacaq

Azərbaycanda “qanlı döyüş” olacaq

Azərbaycanda kikboksinq üzrə (K-1) Dünya Qran-prisinin final oyunları keçiriləcək.

Publika.Az xəbər verir ki, final döyüşündə dörd idmançı çıxış edəcək. Bunlar Şeyn Kempell, Enriko Kel, Sunq Xyunq Li və K-1 döyüş növü üzrə Dünya Qran-prisinin ikiqat qalibi Buakav Por Pramukdur.

"Best of the Best"in təşkil etdiyi mötəbər yarışda bir sıra məşhur idmançıların iştirak edəcəyi gözlənilir. Turnirin reqlamentinə əsasən əsas görüşlərdən əvvəl reytinq döyüşləri baş tutacaq.

63 kq, Amil Şahmarzadə (AZE) - Zakaria Zouharry (MAR)

83 kq, Ruslan Kobzev (RUS) - Dennis Matthew (NED)

72 kq, Babək Rustəmov (AZE) - Miodrag Olar (ROU)

71 kq, Alim Nəbiyev (UKR) - Çad Sugden (GBR)

70 kq, Ziya Bayramov (AZE)- müəyyənləşməyib

70 kq, İsmət Ağazadə (AZE) - Cedric Manhoef (SUR)

85 kq, Samet Kesser (TUR) - Lazar Daniel (ROU)

70 kq, Maximo Suares (ESP) - müəyyənləşməyib

72,5 kq, Tural Bayramov (AZE) - Mukai Maromo (CAN)

100kq+, Ağalar Sadıxzadə (AZE) - Corc Kolin (SUR)

Gecənin “qanlı döyüş”lərində Şeyn Kempellə Buakav Por Pramuk, və Enriko Kella- Sunq Xyunq Li cütlüyü qarşılaşacaq.

Final döyüşü fevralın 23-də Bakıda, “Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək.

Turnirin fəxri qonaqları K-1-in ulduz simaları Bedri Hari, Remi Bonyaski, Gökhan Saki və Melvin Manhuf olacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm