Dünya
İŞİD-in Kərkükün işğalı planı açıqlandı
IŞİD-in gizli Kərkuk planı məlum olub.
ANS PRESS-in məlumatına görə, İŞİD Mosulda olduğu kimi Kərkükün
işğalı üçün təşkilat yaradıb. Belə ki, Dövləti Kərkük adlanan
təşkilat şəhərin içində təbligat aparmalı və yeni üzvlər
yığmalıdır.
Təşkilata Əbu Fatimə olaraq tanınan Nime Ebdul Mənaf adlı bir şəxsi
Kərkükə rəhbər təyin edib. Ona Kərkük şəhərini işğalı üçün lazımi
hazırlıqları sürətləndirmək tapşırığı verilib. Dövləti Kərkük
təşkilatının İŞİD tərəfindən ağır silahlarla təhciz olunduğu və
şəhərdə partlayışlar törətməyə hazırlaşdığı bildirilir.
Terrorçuların Hevic və Ziban kəndi yaxınlığında 2 ədəd tank, 4 ədəd
raket atan qurğu ilə pusquda durduğu, həmçinin Elmer kəndində də 4
ədəd tank yerləşdirdiyi haqda məlumatlar yayılıb. Riyaz-Kərkük
yolunun birləşdiyi iki yolda isə yaradılan qərargahda çoxlu
yaraqlıların gətirildiyi bildirilir.
İŞİD Kərkükün işğalı üçün bütün hazırlıq görüb, fürsət gözlədiyi
barədə kürd yaraqlılarının da məlumatı var. Onlar bu dəfəki hücumun
geniş miqyaslı olacağından ehtiyatlandığını bəyan ediblər.
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?