Qırmızı.az
Uzun müddət təhsildən kənarda qalmış insanlarla bağlı qərar
Təhsil naziri Mikayıl Cabbarov fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiqi barədə əmri imzalayıb. Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, əmrə əsasən uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2014-2015-ci dərs ili üçün tədris planı və tədris planına dair “Qeydlər” təsdiq ediləcək.
Tədris planına daxil edilən fənlər üzrə proqramlar nəzərdə
tutulan həftəlik dərs saatlarının miqdarına uyğun olaraq, ən zəruri
bilik və bacarıqların mənimsədilməsini təmin edilməklə müvafiq
ümumi təhsil proqramları əsasında aidiyyəti fənn müəllimlərinin
iştirakı ilə təhsil şöbəsinin metodkabineti tərəfindən hazırlanıb
təsdiq olunur.
Tədris planı üzrə dərslər həftədə 4 (dörd) gün təşkil edilir. Dərs
məşğələlərinin müddəti 45 dəqiqədir. Dərs saatı həftədə 0,5 saat
olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris
olunur. Fərdi təhsilə cəlb olunmuş şəxslər dərs ili ərzində müəyyən
edilmiş tətillərə ümumtəhsil məktəb şagirdləri ilə eyni vaxtda
buraxılırlar.
Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunub. Fərdi təhsil üzrə nümunəvi tədris planı I-VIII siniflər üçün rus və Azərbaycan bölməsi üzrə nəzərdə tutulub.
Gülxar
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ