Qırmızı.az
Narkotik bitkilər becərən Balakən sakinləri saxlanılıb
Qax rayon ərazisində narkotik tərkibli bitkiləri əkib-becərən Balakən rayon sakinləri saxlanılıb.
Publika.az "Kanal S"-ə istinadən məlumat verir ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib. Nəticədə rayonun Calayir kənd inzibati ərazisində meşə zolağının ayrı-ayrı hissələrində, birində 5 ədəd, digər hissəsində isə 20 ədəd olmaqla, kultivasiya üsulu ilə əkilib aqrotexniki qaydada qulluq edilən narkotik tərkibli bitki hesab olunan çətənə kolları aşkar edilib.
Narkotik tərkibli bitkilərin kimin tərəfindən əkildiyini müəyyən etmək üçün əraziyə Qax RPŞ-i tərəfindən pusqu təyin edilib. Nəzarətdə olan əraziyə iki nəfər nəməlum şəxs gələrək narkotik tərkibli bitkiyə qulluq edərkən onlar elə iş başında saxlanılıb.
Aparılan araşdırma zamanı məlum olub ki, ərazidə narkotik tərkibli bitkini əkən və qulluq edən şəxslər 33 yaşlı Balakən rayonu, Gərəkli kənd sakini Akif Musayev və Balakən sakini 39 yaşlı Rəfail Manafovdur. Saxlanılan şəxslərdən birinin üstündə aparılan axtarış zamanı 5,7 qram narkotik maddə hesab olunan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
İş başında yaxalanan A.Musayev və R.Manafov Qax RPŞ-nin əməkdaşları tərəfindən şöbəyə aparılıb. Onların sözlərinə görə, çətənə kollarını özlərinin istifadəsi üçün əkiblər.
Faktla bağlı Qax RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO