Digər
Bakıda möhtəşəm "Şərq gecəsi" (FOTO, VİDEO)
Azərbaycanda növbəti dəfə "Şərq gecəsi"
keçiriləcək.
ANS PRESS-in məlumatına görə, avqustun 8-də Ukraynanın əməkdar
artisti, məşhur rəqqasə Alla Kuşnir paytaxtımızda möhtəşəm rəqs
şousu ilə çıxış edəcək.
Ukraynalı məşhur rəqqasə "Şərq gecəsi" adlı konsertdə tamaşaçıların
ağlını başdan çıxaracaq bir çox fərqli rəqslər nümayiş etdirəcək.
Gecənin sürprizi isə onun qavalla rəqs etməsi olacaq. Şounun
aparıcısı və təşkilatçısı teleməkanın ən cazibədar teleaparıcısı
olan Zemfira Adıgözəlovadır. Onun sözlərinə görə, konsertə hazırlıq
artıq bir neçə aydır davam edir və mərasim sadəcə rəqslərdən ibarət
olacaq.
“Konsertin açılışını "Rövşən" ritm qrupu edəcək. Beləcə, qonaqlar
məkana daxil olan kimi şərq ab-havasını hiss edəcəklər. Gecədə
Moskvadan və Ərəbistandan gələn rəqqasələr də qonaqları heyran
edəcək." – deyə, tədbirin təşkilatçısı sözlərinə əlavə edib.
Avqustun 8-i saat 21:00-da baş tutacaq gecəyə biletləri "Jumeirah
Bilgah Beach", Park Bulvardan əldə edə bilərsiniz.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO