Bakıda barda baş verən qətlin təfərrüatları açıqlandı
Bizi izləyin

Qırmızı.az

Bakıda barda baş verən qətlin təfərrüatları açıqlandı

Ötən gün Nəsimi rayonu, “Korol” gecə klubunda baş vermiş qətlin təfərratlarına aydınıq gətirilib.

Nəsimi Rayon Prokurorluğundan Publika.az-a verilən xəbərə görə, bara əylənməyə gələn 18 yaşlı Vüsal Abdullayevi bıçaqlayaraq qətlə yetirən şəxs tutulub.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməliyyatçıları tərəfindən saxlanılan 20 yaşlı Emin Ağazadə istintaqa cəlb edilib. O, ifadəsində bildirib ki, hadisə velosipedə görə olub. Belə ki, Emin Ağazadə velosipedlə bara gəlib və velosipedi barın qarısında saxlayıb içəri daxil olmaq istəyib.

Bu zaman mərhum V. Abdullayev ona söz ataraq iradını bildirib. Nəticədə mübahisə düşüb və E.Ağayev qarşı tərəfi bıçaqla qətlə yetirib.

E. Ağazadə barəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm