14 yaşlı oğlan suda batdı (FOTO)
Bizi izləyin

Qırmızı.az

14 yaşlı oğlan suda batdı (FOTO)

Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində yeniyetmə suda batıb.

ANS PRESS-in məlumatına görə, Bərdənin Bəjirəvan kənd sakini 14 yaşlı Yusif Qarayev qohumu ilə bu gün günorta saatlarında kanala çimmək üçün gedib.

Saat təqribən 18 radələrində qohumu Yusifin növbəti dəfə suya baş vurduqdan sonra suyun üzünə çıxmadığını görərək yaxınlıqdakıları köməyə çağırıb. Ancaq Yusif Qarayevin həyatını xilas etmək mümkün olmayıb. Yerli sakinlərin tərəfindən təqribən yarım saatlıq axtarışdan sonra yeniyetmənin meyiti sudan çıxarılıb.

Hadisə yerinə gələn Ağcabədi rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları ərazidə müayinə aparıb.

Baş verən faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.





Oxumağa davam et
Reklam
Reklam

Gündəm