Dünya
İran TANAP-a qoşulur
İran İslam Respublikası hasil etdiyi
təbii qazı Trans-Anadolu qaz boru kəməri (TANAP) vasitəsilə
Avropaya ixrac etməyi planlaşdırır.
Bu barədə İranın rabitə və informasiya
texnologiyaları naziri Mahmud Vaizi məlumat verib. O deyib ki,
hazırda rəsmi Tehran Azərbaycan və Türkiyə ərazisindən keçəcək
TANAP kəməri vasitəsilə qaz ixracının iqtisadi səmərəsini
araşdırır.
M. Vaizi bildirib ki, avqustun 5-də
İran-Azərbaycan müştərək iqtisadi komissiyanın 9-cu iclasında
iştirak etmək üçün Bakıya səfəri çərçivəsində Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq
Abdullayevlə görüşüb. Görüşdə Avropanın təbii qaza olan tələbatını
qarşılamaq üçün Azərbaycan ilə İranın əməkdaşlığının vacibliyi
vurğulanıb. Bununla yanaşı, Azərbaycanın yeraltı qaz anbarlarından
birgə istifadə məsələsi də müzakirə edilib. /AzərTAc/
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO