"Heydər Əliyev ondan güclü idi"
Bizi izləyin

Qırmızı.az

"Heydər Əliyev ondan güclü idi"

Heydər Əliyevə qarşı olan paxıllıq hissi Mixail Qorbaçovu dinc qoymurdu”.

Publika.az-ın interfax.az-a istinadən məlumatına görə, bu sözləri sovet və Rusiya televiziyasının əfsanəvi rejissoru, Əməkdar incəsənət xadimi, SSRİ-nin Dövlət mükafatı laureatı Kaleriya Kislova bildirib.

"Nə vaxt ki, hakimiyyətə Qorbaçov gəldi, görünürdü ki, bu, uzağı görməyən siyasətçidir. Heydər Əliyevə qarşı olan paxıllıq hissi Mixail Qorbaçovu dinc qoymurdu. Hətta, təəssürat belə idi ki, o, H.Əliyevdən qorxur", - deyə Kaleriya əlavə edib.



Qorbaçov anlayırdı ki, Əliyev ondan daha güclüdür.

"Heydər Əliyevlə bizi təkcə işgüzar deyil, həmçinin insani münasibətlər bağlayırdı. O, məni istirahətə Azərbaycana dəvət edirdi", - deyə Kaleriya vurğulayıb.

O həmçinin qeyd edib ki, H.Əliyev jurnalistlərlə aktiv işi tətbiq edən ilk dövlət xadimlərindən biri idi. Onun iştirakıyla keçirilən bütün tədbirlərdə jurnalistlər ona birbaşa çıxışa malik idilər və xalqla onun bütün planlaşdırılmamış çıxışlarını işıqlandırırdılar.

"Yenidənqurma və demokratiyanın ilk dövründə bu təcrübənin tətbiqində ilki Qorbaçov və Yeltsinin ayağına yazırdılar, guya onlar poliklinikalara, mağazalara, ictimai nəqliyyatda gedişi planlaşdırılmamış baş çəkmələrini təşkil edirdilər. Amma belə "planlaşdırılmamış" hansısa bir baş çəkmələr zamanı möcüzə nəticəsində hardansa televiziya işçiləri peyda olurdular", - deyə Kislova fikrini bölüşüb.

Rejissor deyir ki, belə çıxırdı ki, hər poliklinikada və ya mağazada qabaqcadan kamera dururdu.

"Peşəkar kimi, bildirə bilərəm ki, bu, mümkün deyil. Ona görə bütün bunlar Qorbaçov və Yeltsin tərəfindən populizmə oxşayırdı. 70-ci illərin sonlarında xalqa planlaşdırılmamış çıxış təcrübəsini Azərbaycanda H.Əliyev həyata keçirirdi", - deyə o vurğulayıb.

Kislova qeyd edib ki, 1982-ci ildən sonra Heydər Əliyev SSRİ-nin bütün tədbirlərində daim iştirak edirdi: "Məndə bu xronikaların kadrları qalıb. Heydər Əliyev jurnalistlərə xüsusi qayğı və diqqətlə yanaşırdı".










Kaleriya Kislova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm