İqtisadi gündəm
Niyə müharibə edirik?
"Biz niyə müharibə edirik?”.
Publika.az-ın məlumatına görə, "New York Times" qəzeti bu sualın
cavabını tapmağa çalışır.
Və soruşur ki, 100 il qabaq birinci dünya müharibəsi olanda hamı
fikirləşirdi ki, bu müharibə ilə bütün müharibələrə son qoyulacaq.
Ancaq o vaxtdan müharibələr davam edir. Ona görə sual yaranır ki,
müharibə niyə olur?
Qəzet yazır ki, ta qədim vaxtlardan müharibələr mənfəət və
resurslar uğrundadır. Romalılar Asiyaya hücum edəndə və ya ispanlar
Amerikaya gələndə bütün dava qızıl və gümüşün üstündə idi.
Oxford iqtisadçısı Paul Collier Dünya Bankının sponsorluğu ilə
xüsusi araşdırma aparıb. O göstərib ki, bütün kasıb ölkələrdə
vətəndaş müharibəsinin səbəbi qarət oluna bilən təbii ehtiytaların,
məsələn, almazın əl çatan olmasıdır.
Müasir müharibələr çox bahalıdır. İraq müharibəsi 1 trilyon dollara
başa gəlib. Bu, İraqın Ümumi Daxili Məhsulundan dəfələrlə
çoxdur.
Bəs müharibə niyə baş verir? Bir cavab odur ki, müasir liderlər
düzgün hesablaya bilmirlər. Bunun da səbəbi odur ki, müharibənin nə
vaxt başa çatacağını demək olmur. Vaxtilə Buş hökuməti İraqda
Səddam Huseynin devrilməsinə və yeni hökumətin qurulmasına cəmi 50
milyard dollar, ən çoxu 60 milyard dollar gedəcəyini deyirdi.
Müharibənin başqa səbəbi liderlərin müharibədən siyasi mənfəət
götürməsidir. Bu yaxınlarda "Harvard Business Review"də Justin Fox
yazırdı ki, Ukrayna-Rusiya davasının kökləri ola bilsin ki, Rusiya
iqtisadiyyatının inkişaf sürətinin azalmasındadır. Putinin
hakimiyyəti dövründə Rusiya iqtisadiyyatı sürətlə artıb. Ancaq indi
bu sürət xeyli azalıb. Putin hakimiyyətinə münaqişə lazımdır.
1982-ci ildə Argentinanın Folklend adalarına hücumu da hakimiyyətdə
olan hərbi xuntanın ictimai diqqəti iqtisadi problemlərdən
yayındırmaq məqsədi daşıyırdı.
Azadlıq Radiosu
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?